• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Saakaşvili: “Nəsə çox təhlükəli bir şey hazırlanır”

  • 20 İyul 2016
  • comments
  • Redaktor
  • Posted in Xəbər

“Onun qətli məndə belə bir təəssürat yaradır ki, bizə və bütün ölkəyə nəsə çox təhlükəli bir şey hazırlanır, siyasi sinif isə buna göz yuma-yuma bizi uçuruma aparır. Biz onları öz bağırtımızla dayandırmalıyıq. Amma təəssüf ki, Ukraynanın bir dürüst və güclü səsi azaldı”. Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili jurnalist Pavel Şeremetin qətlinə münasibət bildirərkən belə yazıb.

Pavel Şeremet iyulun 20-də Ukraynanın paytaxtı Kiyevdə qətlə yetirilib. 44 yaşlı Pavel Şeremetin işlədiyi “Radio Vesti”yə getmək istəyərkən onun idarə etdiyi avtomobildə əldəqayırma partlayıcı qurğu işə düşüb. Qurğunun kənardan işə salınması və ya saat mexanizminə quraşdırıldığı güman olunur.

Novator.az-ın məlumatına görə, Mixail Saakaşvili Facebook səhifəsində bildirib ki, 2009-cu ildə Gürcüstanın prezidenti olanda Şermet onun haqda kitab yazıb. O vaxt kitabda yazılanlar prezident Mixail Saakaşviliyə ədalətsiz görünüb. Saakaşvilinin sözlərinə görə, 2014-cü ildə Ukraynada hakimiyyət dəyişikliyi ilə nəticələnən Maydan hadisələrindən sonra o, Şeremetlə dostlaşıb və Kiyevdə jurnalistə müsahibə də verib.

Facebook qeydində Saakaşvili Şeremetin çox istedadlı və olduqca saf adam olduğunu vurğulayıb və jurnalisti öldürənləri terrorçu adlandırıb.

Pavel Şeremet 1971-ci il noyabrın 28-də Belarusun paytaxtı Minskdə doğulub. O, Ukraynada 5-ci il idi yaşayırdı. Şermet 2012-ci ildən “Ukrainskaya pravda” portalı ilə əməkdaşlıq edib, 2015-ci ilin sentyabrından isə “Radio Vesti”də müəllif proqramı aparıb. Ukraynaya köçməzdən əvvəl Pavel Şeremet Rusiyanın “1-ci kanal”ında (ORT) həftəlik “Vremya” proqramının aparıcısı olub, 2008-ci ildən “Oqonyok” jurnalının siyasət və cəmiyyət şöbəsinə rəhbərlik edib.

2004-2013-cü illərdə Gürcüstan prezidenti olmuş Mixail Saakaşvili 2015-ci ilin mayında Ukrayna vətəndaşlığı alıb və Odessa vilayətinin qubernatoru təyin edilib.

“Zaman-Azərbaycan” dayandı

  • 20 İyul 2016
  • comments

Qafqaz Universiteti Bakı Ali Neft Məktəbinin idarə...

  • 20 İyul 2016
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Media
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda