• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Elmar Hüseynovun doğum günü qeyd edilib

  • 18 İyul 2016
  • comments
  • Redaktor
  • Posted in Xəbər

İyulun 17-də bir qrup jurnalist, ictimai-siyasi xadim mərhum jurnalist Elmar Hüseynovun doğum günü münasibətilə onun məzarını ziyarət edib.

“Bu gün bura toplaşmışıq bir daha deyək ki, 2005-ci il martın 2-də Elmar Hüseynovun qətlə yetirilməsi cəzasız qalmayacaq və biz bu cinayətin sifarişçilərinin və icraçılarının əsl adlarının açıqlanmasına çox yaxınıq”. Mərhum jurnalistin məzarı başında çıxış edən “Qanun” Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu belə deyib.

Contact.az-ın məlumatına görə, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər Elmar Hüseynovun Azərbaycanda söz azadlığına böyük töhfəsindən danışıb. O, iyulun 15-də Türkiyədə hərbi çevrilişə cəhd olduğunu xatırladaraq vurğulayıb ki, məhz azad KİV, sosial media demokratik institutların müdafiəsində və hərbi qiyamın baş tutmamasında həlledici rol oynayıb.

İsa Qəmbər Azərbaycan hakimiyyətini vəziyyət barədə yenidən düşünməyə və Azərbaycanda mətbuata təzyiqlərə, söz azadlığının sıxışdırılmasına son qoyulmasına çağırıb.

“Azərbaycan hakimiyyəti başa düşməlidir ki, cəmiyyəti iflic edən zərərli tellərdən azad olan minlərlə insanın Elmarın məzarına gələcəyi gün uzaqda deyil”. Müsavat Partiyasının başqanı Arif Hacılı belə deyib.

“Turan” agentliyinin direktoru Mehman Əliyev bildirib ki, qətlə yetirilməzdən qabaq yüksək vəzifəli şəxslər Elmarla görüşüb, ölkəyə işıqlı gələcək, ona isə “günəşin altında yer” vəd ediblər: “Lakin o, bunu rədd edərək hakim rejimin idarə etdiyi ölkənin inkişaf yolunun yanlış olması barədə xəbərdarlıq edirdi”.

Mehman Əliyevin sözlərinə görə, Elmar hədə-qorxulara, vədlərə baxmayaraq bir jurnalist, vətəndaş kimi böhranlı tendensiyaları göstərirdi və onun ölümündən 10 il sonra bütün bunların nə qədər doğru olduğu aydın üzə çıxır.

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı deyib ki, Azərbaycanın azad mətbuatı bu gün də Elmar mirasından güc alaraq mübarizəni davam etdirir: “Bizim sayımız az ola bilər, ancaq sözümüz haqq sözüdür. Odur ki, cəmiyyət avtoritarizm üzərində qələbəyə məhkumdur”.

1967-ci ildə Bakıda anadan olan Elmar Hüseynov İnşaat Mühəndisləri Universitetini bitirib. Jurnalistikaya 1990-cı illərin əvvəllərində gəlib. Bir neçə rusdilli media quruluşunda çalışan Elmar Hüseynov daha sonra “Monitor” jurnalını təsis edib. Jurnal əvvəl ayda bir dəfə, sonra həftədə bir dəfə nəşr olunub.

Elmar Hüseynov 2005-ci il martın 2-də Bakıda odlu silahla qətlə yetirilib. İndiyədək qətlin üstü açılmayıb, cinayətin sifarişçiləri və icraçıları həbs edilməyib.

Mərhum jurnalistin xanımı Ruşaniyə Hüseynova 2006-cı ilin sonlarında oğlu Aslanla birgə Norveçə mühacirət edib.



Yerevanda gərginlik davam edir

  • 18 İyul 2016
  • comments

Almatıda ən yüksək həddə terror təhlükəsi elan olu...

  • 18 İyul 2016
  • comments

About author

Redaktor

Son materiallar

comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

GLOBALS:0
comments
Xəbər

Çempionlar Liqasının komandaları

GLOBALS:0
comments
Xəbər

Bank statistikası

GLOBALS:0
comments
Xəbər

Əfv sərəncamı

GLOBALS:0

Tags

  • Hüquq
  • Media

Rəylər

Do not miss

comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

Son materiallar

comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

GLOBALS:0
comments
Xəbər

Çempionlar Liqasının komandaları

GLOBALS:0
comments
Xəbər

Bank statistikası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda