• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Keçmiş sovetlərdə kim nə vaxtdan hakimiyyət başındadır?

  • 14 İyul 2016
  • comments
  • Redaktor
  • Posted in Şərh

2016-cı ildə keçmiş sovet respublikalarının dövlət müstəqilliyi əldə etməsinin 25 ili tamam olur.

SSRİ-yə dağıldığı 1991-ci ilə qədər 15 respublika daxil idi: Estoniya, Latviya, Litva, Moldova, Belarus, Ukrayna, Rusiya, Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkmənistan.

Transparency.az bildirir ki, müstəqillik illərində bu respublikalardan ikisində – Qazaxıstan və Özbəkistanda hakimiyyət heç dəyişməyib.

Qazaxıstanı dövlət müstəqilliyinin bütün tarixi ərzində birinci prezident Nursultan Nazarbayev idarə edib. O, sonuncu dəfə dövlət başçısı postuna 2015-ci ildə seçilib.

Nazarbayev SSRİ vaxtından – 1989-cu ildən Qazaxıstanın rəhbəridir.

Özbəkistanın da başında hələlik birinci prezident dayanır – İslam Kərimov. 1989-cu ildən Özbəkistanın rəhbəri olan Kərimov ötən il yenidən dövlət başçısı postuna seçkini udub.

Tacikistan prezidenti İmaməli Rəhman 1992-ci ildən dövlət başçısı postunu tutur. O, sonuncu dəfə 2013-cü il noyabrın 6-da prezident seçilib.

Belarus lideri Aleksandr Lukaşenko 1994-cü ildən prezident kürsüsündədir. Ölkədə sonuncu prezident seçkisi 2015-ci ildə keçirilib.

Rusiya prezidenti Vladimir Putin ölkəyə 2000-2008-ci illərdə rəhbərlik edib. 2012-ci ildə keçirilən seçkidə Vladimir Putin öz postuna qayıdıb.

Keçmiş SSRİ məkanında ən stajlı dövlət başçılarından biri də Azərbaycanın prezidentidir. 2003-cü ildə prezident postuna gələn İlham Əliyev 2008-ci il və 2013-cü il seçkilərində də qələbə çalıb. 1993-2003-cü illərdə isə prezident kürsüsünü onun atası Heydər Əliyev tutub.

Türkmənistanın dövlət başçısı Qurbanqulu Berdiməhəmmədov ölkənin ikinci prezidentidir. O, 2007-ci və 2012-ci illərin prezident seçkilərində qalib gəlib.

Serj Sərkisyan Ermənistanın üçüncü prezidentidir, 2008 və 2013-cü illərdə dövlət başçısı postuna seçilib.

Keçmiş sovet məkanında ən yeni liderlərdən biri 2014-cü ildən Ukrayna prezidenti olan Pyotr Poroşenkodur.

Parlament idarə üsulu seçən ölkələrə gəlincə, Gürcüstanın indiki prezidenti Georgi Margvelaşvili ölkəyə 2013-cü ildən başçılıq edir.

Qırğızıstanda 2011-ci ildən dövlət başçısı postunu dördüncü prezident Almazbek Atambayev tutur.

Moldova parlamenti Nikolay Timoftini 2012-ci ildə prezident seçib.

Baltik ölkələri Litva, Latviya, Estoniyada da dövlət başçısı – prezidentin məhdud səlahiyyətləri var. Litvanın baş naziri Algirdas Butkyaviçyus 2012-ci ildən hökumətə rəhbərlik edir. Latviyanın baş naziri Maris Kuçinskis bu ilin fevral ayından, Estoniyanın baş naziri Taavi Rıyvas isə 2014-cü ildən hökumət rəhbəri postundadır.

Azərbaycan-Ukrayna sənədləri imzalanıb

  • 14 İyul 2016
  • comments

Dollar, avro və rublun kursu qalxıb

  • 15 İyul 2016
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Rusiya yarımcan əsgərini ölümə göndərir – “Forbes”

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda