• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Minimum maaş: Ermənistanda 115 dollar, Azərbaycanda 68 dollar

  • 13 İyul 2016
  • comments
  • Redaktor
  • Posted in Xəbər

İqtisadçı Samir Əliyev keçmiş SSRİ ölkələrində minimum əməkhaqqının nə qədər olduğunu yazıb. Transparency.az-ın məlumatına görə, ekspert bildirir ki, ən aşağı minimum əməkhaqqı Qırğızıstan və Özbəkistanda verilir: “2016-cı ildə keçmiş SSRİ ölkələrinin əksəriyyətində minimum əməkhaqqı artırılıb. Rusiyada məbləğ iyulun 1-dən 117 dollar (7500 rubl) olub. Ukraynada mayın 1-dən minimum əməkhaqqının aylıq məbləği 58,4 dollar (1450 qrivna) müəyyən edilib. Bu ölkədə 2016-cı il dekabrın 1-dən yeni artım olacaq və aylıq minimum əməkhaqqı 62,4 dollara (1550 qrivna) yüksələcək .

Belarus hökuməti işəgötürənlər qarşısında iyunun 1-dən işçiyə ayda ən azı 119 dollar (239,18 Belarus rublu) vermək öhdəliyi qoyub. Moldovada artım mayda olub: minimum əməkhaqqı aylıq 106 dollardır (2100 ley).

Ermənistanda minimum əməkhaqqı 115 dollar ətrafındadır (55 min dram). Hökumətin iyulun 1-dən minimum əməkhaqqı səviyyəsini 136 dollara (65 min drama) qaldırmaq planı büdcə kasadlığı səbəbindən baş tutmayıb. Gürcüstanda bu məbləğ 70 dollara (160 lari) bərabərdir.

Orta Asiya ölkələrində minimum əməkhaqqı ilin əvvəlində artırılıb. Qazaxıstanda hazırda 68 dollar (22 min 859 təngə), Qırğızıstanda 16 dollar (1060 som) minimum əməkhaqqı müəyyən edilib. Qırğız hökuməti bu rəqəmi 2017-ci ildə 17 dollara (1140 som), 2018-ci ildə 18 dollara (1220 som) qaldırmaq niyyətindədir.

Özbəkistanda minimum əməkhaqqı 2015-ci ilin sentyabrından 44 dollara (130 min 240 som), Türkmənistanda isə bu il yanvarın 1-dən 168 dollara (590 manat) qaldırılıb.

Azərbaycanda minimum əməkhaqqı sonuncu dəfə 2013-cü ilin sentyabrın 1-də 105 manata qaldırılıb. Həmin dövrdə bu göstərici 134 dollara bərabər idi. Devalvasiyalardan sonra minimum əməkhaqqı indiki məzənnə ilə 68 dollara düşüb”.

Erkən nikahla bağlı tədbir keçirilib

  • 13 İyul 2016
  • comments

Məhkəmə-Hüquq Şurası hakimlərə cəzalar verib

  • 13 İyul 2016
  • comments

About author

Redaktor

Son materiallar

comments
Xəbər

2024-2025 mövsümünün qalibi

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0

Tags

  • Sosial

Rəylər

Do not miss

comments
Xəbər

2024-2025 mövsümünün qalibi

Son materiallar

comments
Xəbər

2024-2025 mövsümünün qalibi

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda