Avqustun 1-dən İsveçrədə dövlət himni yeni sözlərlə oxunacaq. Novator.az xəbər verir ki, dövlət himninin yeni mətni “Qırmızı fonda ağ xaç” adlanan bir bəndlik şeirdən ibarətdir. Müəllifi Sürix şəhərinin 62 yaşlı sakini Varner Vidmerdir.
İsveçrənin hələ ki, qüvvədə olan dövlət himninin sözlərini 1841-ci ildə Alberix Tsvissiq yazıb. Həmin sözlər çox dini yönümlü olduğuna görə son vaxtlar tez-tez tənqidə məruz qalırdı.
Ona görə də 2014-cü ildə İctimai Firavanlıq Cəmiyyəti dövlət himninə yeni sözlərin yazılması üçün müsabiqə elan edib. 2015-ci ilin iyununda “Qırmızı fonda ağ xaç” müsabiqənin qalibi olub. Varner Vidmerin bu bir bəndlik şeiri müsabiqəyə təqdim edilmiş 208 variant arasından seçilib.