• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Xarici dövlətlərin Azərbaycana nə qədər borcu var?

  • 04 İyul 2016
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Xarici dövlətlərin Azərbaycana borcu barədə statistika aparılırmı? Transparency.az ölkənin hazırda nə qədər alacağı olduğunu öyrənmək üçün Maliyyə Nazirliyinə müraciət edib.

İyulun 4-də nazirlikdən bildirilib ki, hazırda Gürcüstan və Serbiyanın Azərbaycan qarşısında ayrılmış kreditlər üzrə borc öhdəliyi var: “Gürcüstanın borcu 10,3 milyon ABŞ dolları, Serbiyanın borcu 220,8 milyon avro məbləğindədir. Eyni zamanda Belarus və Azərbaycan hökumətlərinin qarşılıqlı dövlət zəmanəti əsasında “Kapital Bank” ASC-nin “Belaruskaliy” dövlət şirkətinə ayırdığı kredit xətti üzrə 92,3 milyon ABŞ dolları məbləğində borcu mövcuddur. Borclar borcalanların xidmət müqavilələrində nəzərdə tutulmuş ödəniş cədvəlinə uyğun aparılır.

Xarici dövlətlərə borc verilməsi bilavasitə hökumətlərarası müqavilələr, eləcə də tərəfdaş dövlətlərin Azərbaycana verdiyi zəmanət əsasında ölkənin maliyyə və iqtisadi subyektləri arasında bağlanmış müqavilələrə əsasən həyata keçirilir”.

Transparency.az bildirir ki, Maliyyə Nazirliyi vaxtaşırı Azərbaycanın xarici dövlət borcu haqqında hesabat yayır. İyunun 14-də yayılan son rəsmi məlumata görə, 1 aprel 2016-cı ilə Azərbaycanın xarici dövlət borcu 7 milyard 448,7 milyon ABŞ dolları (11 milyard 486,6 milyon manat) həcmində olub.

Ölkənin xarici borcunun həcmi 5 il əvvəl, 1 yanvar 2011-ci ilə 3 milyard 857,3 milyon ABŞ dolları təşkil edib.

Bir il sonra rəqəm 4 milyard 816,7 milyon ABŞ dollarına (3 milyard 788,3 milyon manat) yüksəlib.

2013-cü ilə xarici dövlət borcu 5 milyard 708,4 milyon ABŞ dollarına (4 milyard 481,1 milyon manat) qalxsa da, 1 yanvar 2014-cü ilə olan hesabata görə, 4 milyard 753,2 milyon manata enib.

Maliyyə Nazirliyi 1 oktyabr 2015-ci ilə xarici dövlət borcunun 6 milyard 730,9 milyon ABŞ dolları olduğunu bəyan edib.

Bu ilin ilk ayına borc 163,4 milyon dollar artaraq 6 milyard 894,3 milyon dollara yüksəlib.

Müdafiə Nazirliyi xüsusi rejim tətbiq edib

  • 04 İyul 2016
  • comments

Prezident “Taleyin acığına” oxuyur

  • 04 İyul 2016
  • comments

About author

Redaktor

Son materiallar

comments
Xəbər

Çempionlar Liqasının komandaları

GLOBALS:0
comments
Xəbər

Bank statistikası

GLOBALS:0
comments
Xəbər

Əfv sərəncamı

GLOBALS:0
comments
Xəbər

Yeni mövsümə 237 komanda buraxılır

GLOBALS:0

Tags

  • Sosial

Rəylər

Do not miss

comments
Xəbər

Çempionlar Liqasının komandaları

Son materiallar

comments
Xəbər

Çempionlar Liqasının komandaları

GLOBALS:0
comments
Xəbər

Bank statistikası

GLOBALS:0
comments
Xəbər

Əfv sərəncamı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda