• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

ATƏT sədri: “Regionda sülh yaratmalıyıq”

  • 30 İyun 2016
  • comments
  • Redaktor
  • Posted in Xəbər

“Aprel hadisələrindən sonra bizə kompromis və təkliflər daha çox lazımdır. İstəyirik ki, Dağlıq Qarabağ münaqişəsi konstruktiv şəkildə həll olunsun. Münaqişəni həll etmək üçün prezidentlərin görüş imkanlarından istifadə etməli, atəşkəsin bərpası və saxlanması məqsədilə ciddi müzakirələr aparmalıyıq”. ATƏT sədri, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer iyunun 30-u Bakıda həmkarı Elmar Məmmədyarovla keçirdiyi mətbuat konfransında belə deyib.

AZƏRTAC-ın məlumatına görə, nazir əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsi təhlükəlidir, münaqişənin gələcəyi ilə bağlı heç nə sığorta olunmayıb: “Biz stabilləşmə ilə bağlı nəticəyə gəlməli, regionda sülh yaratmalıyıq”.

ATƏT sədri atəşkəs rejiminin möhkəmlənməsi üçün lazımi tədbirlər görüləcəyini diqqətə çatdırıb.

Elmar Məmmədyarov qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə tam ciddi məşğul olmağın vaxtı gəlib çatıb: “Bu münaqişə həll edilməlidir. Məsələni addım-addım yerindən tərpətməli və irəliləyişə nail olmalıyıq. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, münaqişənin həlli üçün Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır. Mövcud status-kvonun dəyişməsinin vaxtı çatıb, status-kvo dayanıqlı deyil”.

İyunun 30-da ATƏT sədri Bakının Ramana qəsəbəsində Dağlıq Qarabağdan olan məcburi köçkünlərlə görüş keçirib.

1988-ci ildə başlayan yeni Qarabağ savaşında Ermənistan Silahlı Qüvvələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarını işğal edib. 1994-cü ilin mayında elan olunan atəşkəsdən bəri ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan sülh danışıqları heç bir nəticə vermir.

2016-cı il aprelin 2-dən 5-dək Azərbaycanın Silahlı Qüvvələri əks-həmlə əməliyyatları zamanı Ağdərə, Füzuli və Cəbrayıl rayonları ərazilərində vacib yüksəklikləri və strateji əhəmiyyətli əraziləri işğaldan azad edib.

Belarusda denominasiya

  • 30 İyun 2016
  • comments

Türkiyənin daxili işlər naziri yeni rəqəmlər açıql...

  • 30 İyun 2016
  • comments

About author

Redaktor

Son materiallar

comments
Xəbər

Çempionlar Liqasının komandaları

GLOBALS:0
comments
Xəbər

Bank statistikası

GLOBALS:0
comments
Xəbər

Əfv sərəncamı

GLOBALS:0
comments
Xəbər

Yeni mövsümə 237 komanda buraxılır

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Çempionlar Liqasının komandaları

Son materiallar

comments
Xəbər

Çempionlar Liqasının komandaları

GLOBALS:0
comments
Xəbər

Bank statistikası

GLOBALS:0
comments
Xəbər

Əfv sərəncamı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda