• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Məğlub baş nazir istefa verir

  • 24 İyun 2016
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Böyük Britaniyanın baş naziri Devid Kemeron ölkədəki referendumun nəticələri ilə bağlı açıqlama verib.

İyunun 23-də Böyük Britaniyada ölkənin Avropa İttifaqında qalıb-qalmamasını müəyyənləşdirən referendum keçirilib. Referenduma qatılanların 52%-i Britaniyanın Avropa İttifaqından çıxmasına, 48%-i qalmasına səs verib. Seçici fəallığı 72%-i ötüb.

Novator.az-ın məlumatına görə, iyunun 24-də referendumun nəticələri ilə bağlı çıxış edən Devid Kemeron deyib ki, o, hələ də Britaniyanın Avropa İttifaqında qalmasının daha düzgün olduğunu düşünür. “Ancaq Britaniya əhalisi bunu istəmədi. Bu o deməkdir ki, onlar yeni idarə sistemi və təbii ki, yeni lider istəyirlər”.

Ona görə də Devid Kemeron bu ilin oktyabr ayında istefaya gedəcəyini bildirib: “Britaniyanın Avropa ittifaqından çıxması prosedurunun başlanması müddətini Birləşmiş Krallığın yeni baş naziri müəyyən edəcək”.

Böyük Britaniyanın Avropa İttifaqından çıxmasını dəstəkləyənləri referendumda qalib gəlmələri münasibətilə təbrik edən baş nazir vurğulayıb ki, britaniyalıların fikrinə hörmətlə yanaşılmalı, onların seçimi əsas götürülməli, referendumun nəticələrinə uyğun addımlar atılmalıdır. Bu baxımdan Kemeron britaniyalıların Avropa İttifaqından çıxmaq niyyətini yerinə yetirə bilmələri üçün əlindən gələni edəcəyini söyləyib.

Devid Kemeron ölkə siyasətində dərhal dəyişikliyin baş verməyəcəyini də qeyd edib.

Devid Kemeron 1966-cı il oktyabrın 9-da Londonda doğulub. 2005-ci ildən Mühafizəkarlar Partiyasının lideridir. Böyük Britaniyanın baş naziri postuna 2010-cu ildə təyin olunub.

1957-ci ildə əsası qoyulmuş Avropa İttifaqına Böyük Britaniya 1973-cü ildə daxil olub. Hazırda Avropa İttifaqının daha 27 üzvü var: Almaniya, Avstriya, Belçika, Bolqarıstan, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Xorvatiya, İrlandiya, İspaniya, İsveç, İtaliya, Kipr, Latviya, Litva, Lüksemburq, Macarıstan, Malta, Niderland, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, Yunanıstan.

Avropa İttifaqından çıxmaq proseduru Lissabon razılaşması ilə tənzimlənir. Həmin razılaşmaya görə, London iki il ərzində Avropa İttifaqının hər bir ölkəsi ilə ayrılmağın şərtlərini razılaşdırmalıdır. Ölkənin Avropa İttifaqından tam ayrılması bir neçə il çəkə bilər.

Funt 1985-ci il səviyyəsinə endi, neft 6 faizdən ç...

  • 24 İyun 2016
  • comments

Avropa Britaniyanı tez üzülüşməyə çağırdı

  • 24 İyun 2016
  • comments

About author

Redaktor

Son materiallar

comments
Xəbər

2024-2025 mövsümünün qalibi

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

2024-2025 mövsümünün qalibi

Son materiallar

comments
Xəbər

2024-2025 mövsümünün qalibi

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda