• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Salyanda yeni doğulmuş uşaqların ölümü ilə bağlı cinayət işi başlandı

  • 21 İyun 2016
  • comments
  • Redaktor
  • Posted in Xəbər

İyunun 21-də Salyan rayon mərkəzi xəstəxanasının doğum şöbəsində yeni doğulmuş üçəm əkizlərdən ikisinin vəfat etməsi ilə bağlı cinayət işi başlanıb.

Cinayət işi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə qaldırılıb.

Bununla bağlı Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, üçəm əkizlərdən ikisinin vəfat etməsi barədə rayon prokurorluğuna daxil olmuş məlumat araşdırılıb. Müəyyən edilib ki, Salyan şəhər sakini Abdullayeva Mirzapta İlham qızı iyunun 20-də saat 19-da rayon mərkəzi xəstəxanasının doğum şöbəsinə qəbul edilib və saat 21 radələrində 3 oğlan uşağı sağlam doğularaq yeni doğulmuş körpələr üçün nəzərdə tutulan küves aparatına yerləşdirilib. Gecə saatlarında naməlum səbəblərdən körpələrdən 2-si vəfat edib və təxminən həmin radələrdə xəstəxananın işıqları sönüb.

Fakta bağlı rayon prokurorluğunda cinayət işi başlanıb, ölümün səbəblərinin müəyyən edilməsi məqsədilə məhkəmə-tibbi ekspertizaları təyin edilib.

Baş Prokurorluğun mətbuat xidməti bildirir ki, Səhiyyə Nazirliyi tərəfindən hadisə ilə əlaqədar xüsusi biliyə malik mütəxəssislər cəlb edilməklə müvafiq yoxlamalar aparılır.

Mətbuat xidməti eyni zamanda bəyan edir ki, cinayət işi üzrə hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində hərtərəfli, tam və obyektiv istintaq tədbirləri davam etdirilməklə nəticəsindən asılı olaraq aidiyyəti şəxslərin əməllərinə (hərəkət və ya hərəkətsizliyinə) hüquqi qiymət veriləcək.

Qeyd edək ki, körpələrin yaxınları üçəm əkizlərdən ikisinin xəstəxanada elektrik enerjisinin kəsilməsi nəticəsində oksigen çatışmazlığından öldüyünü vurğulayıblar. Onlar qeyd ediblər ki, xəstəxanada elektrik generatoru varmış, amma nasaz vəziyyətdə olduğundan işləməyib.

Səhiyyə Nazirliyinin mətbuat xidməti isə bəyan edib ki, uşaqların çəkisi çox balaca olub və işığın sönməsinin ölümlə əlaqəsi yoxdur.

Peterburq görüşündən nə nəticə çıxır?

  • 21 İyun 2016
  • comments

Prezident Nardaranda nədən danışıb?

  • 21 İyun 2016
  • comments

About author

Redaktor

Son materiallar

comments
Xəbər

Çempionlar Liqasının komandaları

GLOBALS:0
comments
Xəbər

Bank statistikası

GLOBALS:0
comments
Xəbər

Əfv sərəncamı

GLOBALS:0
comments
Xəbər

Yeni mövsümə 237 komanda buraxılır

GLOBALS:0

Tags

  • Gender
  • Hüquq
  • Səhiyyə

Rəylər

Do not miss

comments
Xəbər

Çempionlar Liqasının komandaları

Son materiallar

comments
Xəbər

Çempionlar Liqasının komandaları

GLOBALS:0
comments
Xəbər

Bank statistikası

GLOBALS:0
comments
Xəbər

Əfv sərəncamı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda