• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Vəkil: “Bir dəfə də olsun istintaq hərəkəti aparılmayıb”

  • 10 İyun 2016
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Elçin Sadıqov vəkili olduğu gənclər Qiyas İbrahimov və Bayram Məmmədovla görüşüb.

Qiyas İbrahimov və Bayram Məmmədov mayın 10-da tutulublar. Mayın 12-də Xətai Rayon Məhkəməsində onların hər ikisi barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Hazırda Bakı İstintaq Təcridxanasında saxlanan gənclər Cinayət Məcəlləsinin 234.4.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 234.4.3-cü (külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunurlar.

Cinayət Məcəlləsinə görə, bu maddələrlə təqsirli bilinən şəxslər əmlakı müsadirə olunmaqla 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Daxili İşlər Nazirliyi bəyan edib ki, Bayram Məmmədovun üzərindən 2,9 qram, evindən 1 kilo 150 qram heroin, Qiyas İbrahimovun üzərindən 2,6 qram, yaşadığı mənzildən 1 kilo 10 qram heroin tapılıb. Müdafiəçiləri isə hər iki gəncin siyasi sifarişlə tutulduğunu iddia edirlər. Bildirilir ki, mayın 10-na gecə Bakının mərkəzində Heydər Əliyevin abidəsinin üzərində etirazçı şüarlar yazılıb. Müdafiəçiləri gənclərin bu şüarlara görə saxlandığını vurğulayırlar.

Həm Qiyas İbrahimov, həm də Bayram Məmmədov saxlananda polis idarəsində işgəncələrə məruz qaldıqlarını bildiriblər. Rəsmilər bu iddiaları təkzib edib.

Vəkil Elçin Sadıqov isə “Azadlıq” radiosuna deyib ki, işgəncələrdən sonra gənclərin səhhəti tədricən qaydasına düşür. Vəkil istintaqın ləng aparıldığını da söyləyib: “Bir aydır ki, gənclər ittiham edilirlər, barələrində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Amma bir dəfə də olsun istintaq hərəkəti aparılmayıb”.

Elçin Sadıqov gənclərə külli miqdarda narkotik saxlamaq ittihamı verildiyini xatırladaraq, iş üzrə ekspertizanın keçirilmədiyini qeyd edib: “Bununla bağlı Bakı Şəhər Baş Polis İdarəsinə əl-barmaq izlərinin götürülməsi, bu narkotik maddənin Qiyas İbrahimov və Bayram Məmmədova aid olub-olmamasını müəyyən etmək üçün ekspertiza keçirilməsi haqda vəsatət vermişəm. Hələ ki, hər hansı münasibət yoxdur”.

Vəkil Qiyas İbrahimovun valideynləri ilə görüşdüyünü, amma Bayram Məmmədova hələ də bu imkanın yaradılmadığını deyib: “Fikrimcə, qarşıdakı həftədə Bayram Məmmədov da valideynləri ilə görüşə biləcək”.

Qazaxıstanda yeni qaynama: 5 yaraqlı öldürüldü

  • 10 İyun 2016
  • comments

“Uzun müddət boynumuza qoyublar ki, müxtəlif dillə...

  • 10 İyun 2016
  • comments

About author

Redaktor

Son materiallar

comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0
comments
Xəbər

Gürcüstanın istehlak bazarı

GLOBALS:0

Tags

  • Hüquq

Rəylər

Do not miss

comments
Xəbər

Bir kursun xərci

Son materiallar

comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda