• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Əli İnsanov: “Heç bir təhdid məni çəkindirə bilməz”

  • 09 İyun 2016
  • comments
  • Redaktor
  • Posted in Xəbər

İyunun 9-da Ali Məhkəmədə hakim İnqilab Nəsirovun sədrliyi ilə sabiq səhiyyə naziri Əli İnsanovun kassasiya şikayətinə baxılıb. Şikayət təmin olunmayıb.

Əli İnsanov məhkəmədə iştirak etməyib.

Əli İnsanov 2005-ci il oktyabrın 19-da dövlət çevrilişinə cəhd ittihamı ilə tutulub, sonra iqtisadi cinayətlər ittihamı ilə 11 il müddətinə azadlıqdan məhrum edilib. 2013-cü il martın 14-də Avropa İnsan Hüquqları Məhkəməsi sabiq nazirin ədalətli mühakimə olunmadığı haqda qərar çıxarıb. Həmin qərara əsaslanan Azərbaycan Ali Məhkəməsinin Plenumu Əli İnsanovun işini yenidən baxılması üçün apellyasiya instansiyasına göndərib. 2014-cü ilin fevralında Bakı Apellyasiya Məhkəməsi işə baxılmasını yekunlaşdırıb, Əli İnsanov barəsində çıxarılmış 11 illik həbs qərarı qüvvədə saxlanıb.

Vəkil Toğrul Babayev Turan-a deyib ki, Bakı Apellyasiya Məhkəməsinin 2014-cü ilin fevralında çıxardığı qərardan 2015-ci ilin mayında Ali Məhkəməyə kassasiya şikayəti  verilib. Ali Məhkəmə işə 11 ay sonra – 2016-cı il iyunun 9-da baxıb.

Toğrul Babayev vurğulayıb ki, Ali Məhkəmənin Plenumu 2013-cü il noyabrın 15-də Avropa Məhkəməsinin qərarını əsas götürərək işi yenidən apellyasiya instansiyasına göndərsə də, Ali Məhkəmə Bakı Apellyasiya Məhkəməsinin 2014-cü ilin fevralında Əli İnsanov barəsində çıxardığı qərarı qüvvədə saxlayıb.

Turan-ın məlumatına görə, Əli İnsanov vəkili vasitəsilə Ali Məhkəmənin iyunun 9-da çıxardığı qərara münasibətini də bildirib. Vəkilinin qeyd etdiyinə görə, Əli İnsanov belə deyib: “Heç bir məntiqə sığmayan, qanuna uyğun gəlməyən, açıq-aşkar bu siyasi qərar Azərbaycan məhkəmə sistemini qanundan kənarda qoyur. Azərbaycan hakimiyyəti özünün imzaladığı beynəlxalq sənədləri, götürdüyü öhdəlikləri inadkarlıqla inkar etməklə Azərbaycanın dünyada etibarsız tərəfdaşlıq imicini formalaşdırır. Mən hər zaman olduğu kimi rahat və nikbinəm. Heç bir siyasi, hüquqi və fiziki təhdid məni mübarizəmdən çəkindirə bilməz. Ali Məhkəmənin bugünkü qərarını əldə edən kimi təkrarən Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edəcəm”.

Qəzetin yeni sahibləri 13 illik baş redaktorla üzü...

  • 09 İyun 2016
  • comments

Milli Şura xalqa müraciət edib

  • 09 İyun 2016
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Hüquq

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda