• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Prezidentin qurultaydakı çıxışından

  • 03 İyun 2016
  • comments
  • Redaktor
  • Posted in Xəbər

AZƏRTAC-ın məlumatına görə, iyunun 3-ü Bakıdakı Heydər Əliyev Mərkəzində dünya azərbaycanlılarının IV qurultayında çıxış edən prezident İlham Əliyev deyib ki, Azərbaycanın dünyada 92 diplomatik nümayəndəliyi və 62 səfirliyi fəaliyyət göstərir. Dövlət başçısı soydaşları yaşadıqları ölkələrdə yerli özünüidarəetmə orqanlarında və mətbuatda fəal olmağa çağırıb, bunun Azərbaycan həqiqətlərinin müxtəlif ölkələrin ictimai dairələrinə çatdırılması baxımından əhəmiyyətli olduğunu deyib.

Dağlıq Qarabağ münaqişəsindən danışan İlham Əliyev tarixi Azərbaycan torpaqlarında məskunlaşan ermənilərin keçmişi saxtalaşdırdıqlarını, qədim Azərbaycan toponimlərini dəyişdiklərini bildirib, Ermənistanın işğalçılıq siyasəti nəticəsində ərazilərin 20 faizinin zəbt olunduğunu, 1 milyondan çox insanın qaçqın və məcburi köçkünə çevrildiyini, Xocalı soyqırımının törədildiyini diqqətə çatdırıb. Bu məsələdə informasiya mənbələrinin genişləndirilməsinin, diasporun internet və yazılı mətbuat resurslarından daha geniş yararlanaraq münaqişə ilə bağlı həqiqətlərin geniş miqyasda yaymasının zəruriliyinə toxunan dövlət başçısı aprel döyüşlərində ermənilərin yalan informasiyaya əl atmaq niyyətlərinin puça çıxdığını, bu döyüşlərin Ermənistanın növbəti təxribatı olduğunu, Azərbaycan ordusunun düşməni yerində oturtduğunu bildirdi.

Prezident deyib ki, Ermənistan prezidenti bu yaxınlarda Avrasiya İqtisadi İttifaqının zirvə görüşündə yalan danışaraq qondarma “Dağlıq Qarabağ ordusu”nun vəziyyətə nəzarət etdiyini və Azərbaycanın döyüşlərin dayandırılması ilə bağlı guya Rusiyadan xahiş etdiyini bildirib. Bu iddianın tamamilə cəfəngiyata söykəndiyini deyən prezident Dağlıq Qarabağın “ordusu”nun bir mif və ermənilərin beynəlxalq ictimaiyyəti çaşdırmaq üçün atdığı addım olduğunu konkret faktlarla əsaslandırıb. O qeyd edib ki, əslində atəşkəsin bərpa edilməsi ilə bağlı Ermənistanın xahişini Rusiyanın baş qərargah rəisi və dövlət başçısı Azərbaycana təklif edib.

Həmsədrlər bəyanat yayıblar

  • 03 İyun 2016
  • comments

Qeyri-sağlam sağlamlaşdırma

  • 03 İyun 2016
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda