• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

İlham Əliyev: “Azərbaycan Avropa Parlamenti ilə əlaqələrini bərpa etmək fikrində deyil”

  • 02 İyun 2016
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Prezident İlham Əliyev iyunun 2-də Avropa Parlamentində liberal demokratlardan ibarət ALDE fraksiyasının sədr müavini, Avropa İttifaqının Şərq tərəfdaşlığı proqramının Azərbaycan üzrə məruzəçisi Norika Nikolaini və Avropa Parlamentinin üzvü İveta Qriquleni qəbul edib.

AZƏRTAC-ın məlumatına görə, dövlət başçısı Avropa Parlamenti ilə əlaqələrdə qurumun ölkə ilə bağlı qəbul etdiyi qətnamələrin əsas rol oynadığını deyib: “Təhqirlərlə dolu və tamamilə əsassız olan həmin qətnamələrin qəbul edilməsi ölkəmizin bu qurumla əlaqələrinin kəsilməsinə səbəb olub. Hazırda Avropa Parlamenti ilə ölkəmizin hər hansı əlaqəsi mövcud deyil və bu, Azərbaycanın günahı ucbatından baş verməyib. Ölkəmiz yalnız öz haqlı mövqeyini müdafiə edib.

Qurumun ən yüksək rütbəli şəxsləri — prezidenti və vitse-prezidenti faktiki olaraq anti-Azərbaycan qüvvələrinin bir hissəsini təşkil edir və onların təhqiramiz bəyanatları, hücumları və böhtanları Azərbaycanın Avropa Parlamenti ilə əlaqələrinin perspektivlərini sual altına qoyub. Bu cür münasibətlərin nəticəsi olaraq indiyədək Azərbaycan parlamentində bu qurumla əməkdaşlıq üzrə işçi qrupu yaradılmayıb”.

Avropa Parlamentində Azərbaycana ədalətlə yanaşan deputatların da olduğunu bildirən dövlət başçısı onların məsələlərə obyektiv yanaşdıqlarını deyib, ötən ilin sentyabrında son qətnamənin qəbulu zamanı Azərbaycana böyük dəstək nümayiş etdirilməsinin önəmini vurğulayıb: “Avropa Parlamentinin bəzi rəhbər şəxslərinin ədalətsiz anti-Azərbaycan qətnamələrinin qəbulunda tutduqları mövqe Avropa Komissiyasının mövqeyinə ziddir. Ötən il Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun Azərbaycana uğurlu səfəri çərçivəsində hər iki tərəf əlaqələrimizin inkişafına böyük maraq göstərib. Bu ilin fevral ayında Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Federika Mogerininin ölkəmizə səfəri Avropa Komissiyası-Azərbaycan əməkdaşlığının daha da möhkəmləndirilməsi işinə xidmət edib. Hazırda bu əlaqələr uğurla inkişaf edir. Azərbaycanla Avropa İttifaqına üzv olan bir çox dövlətlər arasında strateji tərəfdaşlıq haqqında sənədlər imzalanıb, ya da qəbul edilib.

Eyni zamanda Azərbaycan Avropa Şurasında öz fəaliyyətini uğurla davam etdirir və Avropa Şurası da Azərbaycanda gedən prosesləri yüksək qiymətləndirir. Bütün bunlar bir daha göstərir ki, Avropa Parlamentinin bəzi rəhbər şəxsləri və anti-Azərbaycan qruplaşmaları öz ədalətsiz mövqeləri ilə sadəcə olaraq Avropa-Azərbaycan əlaqələrini pozmaq istəyirlər və nə qədər ki, bu destruktiv qüvvələr öz siyasətində düzəlişlər etməyəcəklər, Azərbaycan Avropa Parlamenti ilə əlaqələrini bərpa etmək fikrində deyil”.

Norika Nikolai Azərbaycanla yaranmış vəziyyətin dəyişməkdə olduğunu deyib və Avropa Parlamenti ilə Azərbaycan arasında əlaqələrin bərpa olunması istəyini ifadə edib. Avropa Parlamentində özünün daxil olduğu liberal demokratlardan ibarət fraksiyanın fəaliyyətinin ölkəmizə dəstək nümayiş etdirdiyini vurğulayan Norika Nikolai qrupun bu istiqamətdə fəaliyyətini davam etdirəcəyini deyib. Azərbaycanın Avropa Parlamenti ilə əməkdaşlığına dair hesabat hazırladıqlarını bildirən Norika Nikolai qeyd edib ki, səfərdə məqsəd bu hesabatla bağlı yekun fikir mübadiləsi aparmaqdır.

Avropa Parlamenti ötən il sentyabrın 10-da Azərbaycanla bağlı qətnamə qəbul edib. Qətnamədə bəzi Azərbaycan rəsmilərinə sanksiyaların tətbiqi üçün Avropa Komissiyasına çağırış əksini tapıb: “Avropa Parlamenti Avropa Komissiyasını və üzv ölkələri Azərbaycanda davam edən təqiblərə güclü və birgə cavab verməyə, habelə siyasi təqiblərdə əli olan hakimlər, rəsmilər və siyasətçilərə qarşı sanksiya və viza qadağası məsələsinə baxmağa çağırır”.

Sənəddə Azərbaycan hakimiyyəti bütün siyasi məhbusları, insan haqları fəallarını, jurnalistlər və vətəndaş cəmiyyəti təmsilçilərini dərhal həbsdən azad etməyə, onlara qarşı ittihamlara xitam verməyə dəvət olunub. Səsvermədə Avropa Parlamentinin 365 deputatı iştirak edib. Onların 202 nəfəri sənədin qəbuluna səs verib.

Putin minimum əməkhaqqının artırılması haqda qanun...

  • 02 İyun 2016
  • comments

Zənginlərin pulunu necə saymalı?

  • 02 İyun 2016
  • comments

About author

Redaktor

Son materiallar

comments
Xəbər

Yeni mövsümə 237 komanda buraxılır

GLOBALS:0
comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Yeni mövsümə 237 komanda buraxılır

Son materiallar

comments
Xəbər

Yeni mövsümə 237 komanda buraxılır

GLOBALS:0
comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda