“Bank Standard” xırda əmanətlərin ödənişinə başlayır
Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının qərarı ilə mayın 3-dən “Bank Standard” Kommersiya Bankına müvəqqəti inzibatçı təyin edilib. Buna “Bank Standard”ın aktivlərinin keyfiyyətinin pisləşməsi nəticəsində bankın likvidlik və kapital mövqeyi zəifləməsi, kreditorlar qarşısında öh...
Zənginlərin pulunu necə saymalı?
Rövşən Ağayev Böyük neft pullarının Azərbaycana gətirdiyi siyasi bəlalar çox üzdədir, onları qiymətləndirmək çox asandır: seçki sisteminin, azad medianın və sivil toplumun sıradan çıxarılması, uzunömürlü hakimiyyətə təminat verən konstitusion mexanizmlərin formalaşdırılması məhz nəhəng resurs gəlirl...
İlham Əliyev: “Azərbaycan Avropa Parlamenti ilə əlaqələrini bərpa etmək fikrində deyil”
Prezident İlham Əliyev iyunun 2-də Avropa Parlamentində liberal demokratlardan ibarət ALDE fraksiyasının sədr müavini, Avropa İttifaqının Şərq tərəfdaşlığı proqramının Azərbaycan üzrə məruzəçisi Norika Nikolaini və Avropa Parlamentinin üzvü İveta Qriquleni qəbul edib. AZƏRTAC-ın məlumatına görə, döv...
Putin minimum əməkhaqqının artırılması haqda qanunu imzaladı
Novator.az xəbər verir ki, iyunun 2-də Rusiya prezidenti Vladimir Putin ölkədə minimum əməkhaqqının 21% artırılmasını nəzərdə tutan qanunu imzalayıb. Hazırda Rusiyada minimum əməkhaqqı 6204 rubldur (təqribən 140 manat). Yeni qanunla bu rəqəm 7 min 500 rubl (təqribən 170 manat) olacaq. Qanunu mayın 2...
Afrikada “su əsarəti”
Afrikada 17 milyondan çox qadın və qız uşağı öz ailəsinə və ev təsərrüfatına su gətirmək üçün onlarla kilometr məsafə qət etmək məcburiyyətində qalır. “PLoSOne” jurnalında bir qrup alimin dərc etdiyi məqalədə belə deyilir. Novator.az-ın məlumatına görə, məqalə müəlliflərindən biri – ABŞ-ın Corc Vaşi...
Politoloq: “İlham Əliyev Berlinə səfərini təxirə salmalıdır”
Politoloq Elxan Şahinoğlu Almaniya parlamentinin qondarma erməni soyqırımını tanımasına münasibət bildirib. “Facebook” şəbəkəsində yaydığı şərhində politoloq qeyd edir ki, Almaniya “erməni soyqrımını” tanıya biləcək ən sonuncu ölkə olmalıydı: “Çünki Osmanlı Türkiyəsinin Birinci Dünya müharibəsinə qo...
Almaniya parlamenti qondarma erməni soyqırımını tanıdı
İyunun 2-də Almaniya parlamenti (Bundestaq) qondarma erməni soyqırımını tanıyan sənəd qəbul edib. Sənəd “101 il öncə Osmanlı İmperiyasında erməni və digər xristian azlıqlara olunmuş soyqırımı anma” adlanır. Layihəni parlamentə xristian demokratlar və sosial demokratlardan ibarət hakim koalisiya və m...
Leyla və Arif Yunuslara görə 30 min avro cərimə
İyunun 2-də Avropa İnsan Hüquqları Məhkəməsi azərbaycanlı hüquq müdafiəçisi Leyla Yunus və həyat yoldaşı Arif Yunusla bağlı qərarını elan edib. Məhkəmə Leyla və Arif Yunusların Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsi ilə təsbit edilən işgəncələrin qadağan olunması hüququnun pozulduğunu t...
Silahlı Qüvvələrə Yardım Fondunun vəsaiti artıb
Müdafiə Nazirliyi Silahlı Qüvvələrə Yardım Fonduna iyunun 1-dək daxil olmuş vəsaitin məbləğini açıqlayıb. Hesabata görə, fonda 74,2 milyon manat, 212,3 min ABŞ dolları, 3,2 min avro və 5 min rubl yığılıb. Əvvəlki ayla müqayisədə manat və avro hesabında artım qeydə alınıb. Mayın 1-dək fondda 73,1 mil...
Ermənistanda daha bir zabit həbs edildi
Ermənistanın paytaxtı Yerevanda Maştotsk Rayon Hərbi Komissarlığının podpolkovniki Şant Avetisyan həbs olunub. Transparency.az-ın məlumatına görə, Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Arsrun Ovannisyan iyunun 2-də bəyan edib ki, komissarlığın 2-ci şöbəsinin rəisi vəzifəsində xidmət keçən Şant Ave...
İlham Əliyev: “Stress vəziyyəti bizim xeyrimizə oldu”
“Biz istənilən şəraitdən üzüağ çıxa bilərik və çıxırıq”. Prezident İlham Əliyev iyunun 1-i Bakıda keçirilən “Xəzər Neft və Qaz 2016” sərgi və konfransının açılışında belə deyib (Çıxış). Dövlət başçısı qeyd edib ki, Azərbaycan neft gəlirlərindən səmərəli istifadə edib: “Neftdən əldə edilən gəlirləri ...
2015-ci il büdcəsinin icrası haqqında qanun
Maliyyə Nazirliyinin saytı “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin icrası haqqında” qanunu dərc edib (Qanun). Transparency.az bildirir ki, Milli Məclisin 31 may iclasında qəbul edilən qanuna görə, 2015-ci ildə dövlət büdcəsinin gəlirləri 19 milyard 438 milyon manat proqnoza qarşı 17...
Dollar və avronun kursu qalxıb
Mərkəzi Bank iyunun 2-də əksər valyutaları, o cümlədən ABŞ dolları və avronu bahalaşdırıb. 1 dolların rəsmi kursu 1,4918 manatdan 1,4934 manata, 1 avronun məzənnəsi 1,6595 manatdan 1,6734 manata yüksəlib. Transparency.az-ın məlumatına görə, Rusiya rublunun rəsmi məzənnəsi düşüb. 1 rubl 0,0223 manata...
Fərman: elektron viza üç günə veriləcək
Prezident İlham Əliyev elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında fərman imzalayıb. İyunun 1-də imzalanan fərmana görə, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətən...