• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Rayondan mahala doğru

  • 01 İyun 2016
  • comments
  • Redaktor
  • Posted in Şərh

İnzibati ərazi islahatı aparıb Azərbaycanı mahallara bölmək olarmı? Ölkənin tarixində belə təcrübə var. 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti Bakı, Gəncə və Zaqatala dairələrinə bölünüb. 1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra respublikada 17 qəza yaradılıb, sonra dairələr (Bakı, Quba, Lənkəran, Şirvan, Gəncə, Qarabağ, Zaqatala-Nuxa, Muğan) təşkil edilib.

İndiki rayon bölgüsü 1930-cu ildən tətbiq olunur. Hazırda ölkədə 90 rayon-şəhər var.

Eyni zamanda Azərbaycan 10 iqtisadi rayona bölünüb: Abşeron, Aran, Dağlıq Şirvan, Gəncə-Qazax, Quba-Xaçmaz, Naxçıvan Muxtar Respublikası, Lənkəran, Kəlbəcər-Laçın, Şəki-Zaqatala, Yuxarı Qarabağ.

Müxalif REAL Hərəkatının proqramında ölkənin inzibati ərazi sisteminin dəyişdirilməsi yer alır. Proqrama əsasən, hazırda mövcud olan rayonlar regional prinsip üzrə daha böyük inzibati ərazi vahidində birləşdiriləcək və bu yeni inzibati ərazi vahidləri el adlanacaq.

Transparency.az-a inzibati ərazi islahatı təcrübəsindən danışan iqtisadçı ekspert Samir Əliyev deyir ki, regional idarəetmə sisteminə keçid bütün dünyada geniş vüsət alıb. Ekspert bu tendensiyanın keçmiş SSRİ ölkələrində də müşahidə edildiyini bildirir: “Qonşu Gürcüstan regionlaşma baxımından kifayət qədər uğur əldə edib. Ukrayna, Moldovada da bu təcrübə böyükdür. Regional idarəetmə dedikdə inzibati ərazi vahidinin, coğrafi sərhədlərin adının yox, sadəcə idarəetmə formasının dəyişməsi nəzərdə tutulur. Bununla dövlət qurumları rayon idarəetməsindən regional idarəetməyə keçir.

Ölkədə regionlaşma istiqamətində ilk addımı Vergilər Nazirliyi atdı, regional departamentlər yaradılmağa başladı. Ardınca Təhsil Nazirliyi analoji islahat apardı. Mədəniyyət və Turizm Nazirliyinin də strukturu təkmilləşir, regional idarələr yaradılır.

Bir məqsəd büdcə vəsaitlərinə qənaət etmək olsa da, yerli idarənin bələdiyyələrə verilməsi də əsas amildir. Gürcüstanda rayonlar üzrə icra hakimiyyətləri yox, bələdiyyələr fəaliyyət göstərir. Bir neçə rayon bir regionda birləşib. Regionlara prezidentin nümayəndəsi nəzarət edərək bələdiyyənin atdığı addımların qanunvericiliyə uyğun olub-olmamasını diqqətdə saxlayır, bələdiyyələrlə dövlət qurumları arasında əlaqələri təmin edir. Bir sözlə, ölkədə regionlar üzrə icra hakimiyyəti sistemi qurulub”.

Samir Əliyevin sözlərinə görə, Azərbaycanda da bu gün kifayət qədər paralellik var, amma bələdiyyələr öz səlahiyyətlərindən istifadə edə bilmir, icra hakimiyyətlərinin əlavəsi kimi fəaliyyət göstərir: “Ona görə əksmərkəzləşmə islahatları çərçivəsində regional idarəetməyə keçilməlidir. Rayon və kənd icra hakimiyyətləri ləğv edilməli, səlahiyyətləri bələdiyyələrə verilməlidir. Rayon icra hakimiyyətləri büdcədən pul alıb təsərrüfat işləri görməməlidir, bu, ictimai xidmətdir, həmin xidmətləri bələdiyyələr həyata keçirir. Azərbaycan Avropa Yerli Özünüidarə Xartiyasına qoşulub və yerli əhəmiyyətli məsələlərin bələdiyyələrə verilməsi haqqında öhdəlik götürüb. Ona görə də dövlət büdcəsindən vəsait icra hakimiyyətinə yox, bələdiyyələrə ayrılmalıdır. 20 milyard manata yaxın büdcədən bələdiyyələrə ayrılan vəsait isə cəmi 5 milyon manatdır”.

Milli Məclisin deputatı Zahid Oruc Transparency.az-a deyib ki, bölgələr həqiqətən iqtisadi müstəqillik əldə edərsə, inzibati modelə keçid effektli olar: “Hazırda bir neçə dövlət qurumu rayonlar üzrə xidmət göstərmək təcrübəsindən imtina edib, regionlaşmaya gedib. Bu, xərcləri effektiv istiqamətləndirmək üçün normal tədbirdir. Digər tərəfdən mahallar vasitəsilə daha inteqrasiya olunmuş idarəçilik şəffaflığa və demokratik prinsiplərin dərinləşməsinə müsbət təsir göstərə bilər”.

11 ayda nikaha daxil olmaq istəyən 139 700 şəxs mü...

  • 01 İyun 2016
  • comments

Prezident: “Bizim gələcəyə dəqiq, aydın baxışlarım...

  • 01 İyun 2016
  • comments

About author

Redaktor

Son materiallar

comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Rusiya yarımcan əsgərini ölümə göndərir – “Forbes”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Niyə Moskva müharibə təbliğatında sovet obrazlarından istifadə edir?

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

ABŞ prezidentləri

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət
  • Sosial

Rəylər

Do not miss

comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

Son materiallar

comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Rusiya yarımcan əsgərini ölümə göndərir – “Forbes”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Niyə Moskva müharibə təbliğatında sovet obrazlarından istifadə edir?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda