• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Elçin Həsənov 1 il islah işlərinə məhkum edildi

  • 01 İyun 2016
  • comments
  • Redaktor
  • Posted in Xəbər

İyunun 1-də Nizami Rayon Məhkəməsində jurnalist və ictimai fəal Elçin Həsənova hökm oxunub.

Məhkəmə soyuq silahla törədilən xuliqanlıq ittihamını daha yüngül maddəyə tövsif edərək, aylıq maaşının 20 faizi tutulmaqla Elçin Həsənovu 1 il islah işlərinə məhkum edib.

Mayın 13-də prokuror ona 3 il 6 ay həbs cəzası istəmişdi.

E.Həsənov ötən il keçmiş “Asiya” agentliyinin başçısı Cəfər Cəfərovun ona basqı göstərməsi ilə bağlı şikayət edib. Sonradan bu şikayət onun özünə qarşı çevrilib. Cəfər Cəfərov da indi dələduzluqda ittiham edilir.

Bu ilin martında E.Həsənova qarşı 221-1 maddə ilə cinayət işi açılıb. Daha sonra bu ittiham daha ağır maddə olan 221-3 maddəsi (soyuq silah tətbiq etməklə xuliqanlıq törətmək) ilə əvəzlənib.

E.Həsənovun vəkili Fariz Namazlı “Tutan” agentliyinə deyib ki, müdafiə tərəfi hökmlə razı deyil, şikayət verməyə hazırlaşırlar. Vəkilin bildirməsinə görə, ittihamın heç bir hüquqi əsası yoxdur və müdafiə tərəfi tam bəraət almaq niyyətindədir.

F.Namazlı düşünür ki, istintaq qərəzli olub. Vəkil buna nümunə kimi xuliqanlıqla bağlı işi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin aparmasını göstərib. Bundan əlavə, o deyib ki, insidentin şahidləri yoxdur. Bütün ittiham zərərçəkənin ifadəsi üstündə qurulub: “Bu zaman məhkəmənin gedişində E.Həsənovun soyuq silahdan istifadə etməsi mülahizəsi inkişaf etdirildi. Bunu nə zərərçəkənin özü, nə də məhkəmə-tibb ekspertizası təsdiqləyir. Bu hal soyuq silahdan istifadə ittihamını daha yüngül maddəyə tövsif etməyə səbəb olub”.

E.Həsənovun indi üzləşdiyi 221.1-ci maddə amnistiyaya düşür. Amma vəkilin izahına görə, məhkəmə qərarı 20 gündən, yəni amnistiya aktı icraya başladıqdan sonra qüvvəyə minəcəyindən, bu, E.Həsənova şamil edilməyəcək.

E.Həsənov Sumqayıtda nəşr edilən “Yüksəliş naminə” qəzetinin redaktor müavinidir. Bundan əlavə, AXCP Ali Məclisinin üzvüdür.

Dünyada 45,8 milyon qul var

  • 01 İyun 2016
  • comments

Xəbərdarlıq: Hava şəraiti dəyişəcək

  • 01 İyun 2016
  • comments

About author

Redaktor

Son materiallar

comments
Xəbər

Yeni mövsümə 237 komanda buraxılır

GLOBALS:0
comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0

Tags

  • Hüquq
  • Media

Rəylər

Do not miss

comments
Xəbər

Yeni mövsümə 237 komanda buraxılır

Son materiallar

comments
Xəbər

Yeni mövsümə 237 komanda buraxılır

GLOBALS:0
comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda