• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Anntv.az məhkəmənin qərarından narazıdır

  • 01 İyun 2016
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Mayın 31-də jurnalist, Anntv.az-ın redaktoru olmuş Rasim Əliyevin ölüm işi üzrə həbs edilən “Qəbələ” futbol klubunun hücumçusu Cavid Hüseynov 4 il müddətinə azadlıqdan məhrum olundu.

Səbail Rayon Məhkəməsi  onu Cinayət Məcəlləsinin 307.1 (hazırlanan cinayət haqqında məlumat verməmə) və 307.2 (cinayəti gizləmə) maddələri ilə təqsirli bilib.

Anntv.az istintaqin gedişini, habelə məhkəmənin qərarını obyektiv hesab etmir.

Bununla bağlı Anntv.az-ın redaksiyası mayın 31-də bəyanat yayıb.

Bəyanatda deyilir ki, Rasim Əliyevin ölümü ilə bağlı başladılmış cinayət işinin ibtidai istintaqı yekunlaşdıqdan və tərəflər iş materialları ilə tanış olduqdan sonra Cavid Hüseynov barəsində iş ayrı icraata götürülüb: “Bu, qanunvericiliyə ziddir. Anntv.az hesab edir ki, Bakı Şəhər Prokurorluğu Cavid Hüseynovun işini başqa təqsirləndirilən şəxslərin işi ilə birgə məhkəməyə göndərməli və ya qanunvericiliyə uyğun olaraq  istintaq müddətində işini ayrı icraata götürməli idi. Həmçinin məhkəmə ona təqdim olunan heç bir faktı (mərhum Rasim Əliyevin video yazısı və anası Teyfurə Əliyevanın ifadələrini) nəzərə almayaraq işi prokurorluğa qaytarmadı.

2016-cı il aprelin 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən Elşən İsmayılov, Arif Əliyev, Camal Məmmədov, Samir Mustafayev və Kənan Mədətovun işi üzrə məhkəmə prosesi yekunlaşıb və onlar təqsirli biliniblər. Elşən İsmayılov 13 il, Arif Əliyev 12 il 6 ay, Camal Məmmədov 11 il, Samir Mustafayev və Kənan Mədətovun hər biri 9 il müddətinə azadlıqdan məhrum edilib. Onlar Rasim Əliyevi çay içmək adı ilə çağıraraq amansızlıqla döyüblər. Nəticədə jurnalist 1 saylı Şəhər Klinik Xəstəxanasına müraciət edib və avqustun 9-da orada vəfat edib.

Anntv.az hesab edir ki, mərhum jurnalistə dəyən ağır zərbələrlə yanaşı lazımi və doğru tibbi yardım göstərilməyib. Bu isə jurnalistin ölümünə səbəb olub. Lakin Bakı Şəhər Prokurorluğu və məhkəmə həkimlərin məsuliyyətsizliyini sübut edən çoxsaylı faktları nəzərə almayaraq onları məsuliyyətə cəlb etməkdən imtina edib.

Anntv.az Elşən İsmayılov və digərlərinin haqqında məhkəmənin çıxardığı qərarı alqışlayır. Eyni zamanda həkimlərin məsuliyyətə cəlb olunmamasını düzgün hesab etmir və qətiyyətlə pisləyir.

Anntv.az hesab edir ki, istintaq zamanı məhkəməyə təqdim olunan faktlara əhəmiyyət verilsəydi, proses daha dərindən araşdırılsaydi və iş yenidən prokurorluğa göndərilsəydi, Cavid Hüseynov barəsində verilən son qərar daha sərt ola bilərdi. Eyni zamanda Rasim Əliyevə doğru tibbi yardım göstərməyən həkimlər məsuliyyətə cəlb olunardı.

Anntv.az Bakı Apellyasiya Məhkəməsini yuxarıda qeyd olunan faktları nəzərə alaraq işi məhkəmə birinci instansiyasına, oradan isə istintaqa qaytarmağa çağırır. Həmçinin həkimlərin məhkəmə prosesinə cəlb olunmasını xahiş edir”.

Azərbaycan nefti ilin rekordunu yenilədi

  • 01 İyun 2016
  • comments

5 ayın ən populyar adları bəlli olub

  • 01 İyun 2016
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Hüquq
  • Media

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda