Mayın 31-i dünya birjalarında neftin qiyməti artıb. Nyu-Yorkun NYMEX birjasında “Layt” markalı neftin bir barreli 45 sent bahalaşaraq 49,62 dollar, Londonun İCE birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 43 sent artaraq 49,72 dollar olub.
AZƏRTAC xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barreli 50,87 dollara satılır. Bu, dövlət büdcəsində nəzərdə tutulan qiymətdən 25 dollar 87 sent yuxarı qiymətdir. Dövlət büdcəsində xam neftin satış qiyməti bir barrel üçün 25 ABŞ dolları götürülüb.
Ötən həftənin son iş günündə Azərbaycan nefti 51,31 dollara təklif olunub.
Transparency.az bildirir ki, Azərbaycan nefti bir il öncə ilə müqayisədə 11,74 dollar, iki il öncə ilə müqayisədə 62,37 dollar ucuzdur. 2015-ci il mayın sonunda “AzəriLayt”ın bir barreli 62,61 dollar, 2014-cü il mayın sonunda isə 113,24 dollar idi.