• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Səfir: “Rusiyanın Qarabağ münaqişəsini 15-20 dəqiqəyə həll edə biləcəyini deyənlər yanılırlar”

  • 27 May 2016
  • comments
  • Redaktor
  • Posted in Xəbər

“Dağlıq Qarabağ münaqişəsini Azərbaycan və Ermənistanın özü həll etməlidirlər. Rusiyanın münaqişəni 15 və ya 20 dəqiqə ərzində həll edə biləcəyini deyənlər yanılırlar”. Trend-in məlumatına görə, bunu Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri ilə görüşdə deyib.

Səfirin sözlərinə görə, Rusiya bu məsələdə yalnız vasitəçi ola bilər: “Hər hansı bir tərəfə təzyiq və ya zor vasitəsilə lazımi nəticə əldə etmək mümkün deyil. Təməldə etimad olmalıdır və onu yalnız münaqişə tərəfi olan ölkələr yarada bilər. Bu il aprel ayının əvvəlində baş verən hadisələr mövcud vəziyyətin nə qədər təhlükəli olduğunu bir daha göstərdi. Münaqişə tərəfləri və beynəlxalq ictimaiyyət bundan düzgün nəticə çıxarmalıdır. Rusiya da nəticə çıxaracaq və vasitəçilik səylərini artıracaq”.

1988-ci ildə ermənilər Azərbaycanın tərkibində muxtar vilayət olan Dağlıq Qarabağ bölgəsinin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkata başlayıblar. 1991-ci il sentyabrın 2-də Dağlıq Qarabağ özünü müstəqil dövlət elan edib. Ermənilər saxta qurumu “Dağlıq Qarabağ Respublikası” və ya “Arsax Respublikası” adlandırır.

1991-1994-cü illərdə Ermənistan Dağlıq Qarabağ vilayətini və onun ətrafındakı 7 rayonu işğal edib. 1994-cü ildə elan olunan atəşkəsdən bəri ATƏT-in Minsk qrupu çərçivəsində aparılan sülh danışıqları heç bir nəticə vermir.

Azərbaycanın Silahlı Qüvvələri 2016-cı il aprelin 2-dən 5-dək Qarabağ cəbhəsində atəşkəsi pozan işğalçı erməni birləşmələrinə qarşı cavab tədbiri keçirib. Əks-həmlədə Füzuli və Ağdərə istiqamətində yerləşən bəzi yüksəkliklər azad edilib.

Bu il dolların rəsmi kursu necə dəyişib?

  • 27 May 2016
  • comments

Əfv Komissiyasının üzvü: “Hər bir məhkum cəzasının...

  • 27 May 2016
  • comments

About author

Redaktor

Son materiallar

comments
ManşetXəbər

Azərbaycan və İran prezidentləri arasında telefon söhbəti

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

ABŞ prezidentinin ukraynalı jurnalistlə dialoqu

GLOBALS:0
comments
ManşetXəbər

UEFA-nın klub reytinqi

GLOBALS:0
comments
Xəbər

Bank hesabatı

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
ManşetXəbər

Azərbaycan və İran prezidentləri arasında telefon söhbəti

Son materiallar

comments
ManşetXəbər

Azərbaycan və İran prezidentləri arasında telefon söhbəti

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

ABŞ prezidentinin ukraynalı jurnalistlə dialoqu

GLOBALS:0
comments
ManşetXəbər

UEFA-nın klub reytinqi

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda