Mayın 25-də Rusiya Federasiya Şurası ölkədə minimum əməkhaqqının 21% artırılmasını nəzərdə tutan qanunu qəbul edib.
Hazırda Rusiyada minimum əməkhaqqı 6204 rubldur (təqribən 140 manat).
İyulun 1-dən bu rəqəm 7 min 500 rubl (təqribən 170 manat) olacaq.
Novator.az-ın məlumatına görə, Federasiya Şurasının sədr müavini Qalına Karelova jurnalistlərə deyib ki, minimum əməkhaqqının artımı 1 milyon nəfərədək işçiyə şamil olunacaq. Onların 87%-i dövlət və bələdiyyə sektorunda, 13%-i özəl sektorda çalışır.