• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Əl izləri kimə məxsusdur? Vəkil vəsatətlər qaldırıb

  • 23 May 2016
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Vəkil Elçin Sadıqov həbsdə olan gənclər Qiyas İbrahimov və Bayram Məmmədovla bağlı vəsatətlər qaldırıb.

Qiyas İbrahimov və Bayram Məmmədov mayın 10-da tutulublar. Mayın 12-də Xətai Rayon Məhkəməsində onların hər ikisi barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Hazırda Bakı İstintaq Təcridxanasında saxlanan gənclər Cinayət Məcəlləsinin 234.4.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 234.4.3-cü (külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunurlar.

Cinayət Məcəlləsinə görə, bu maddələrlə təqsirli bilinən şəxslər əmlakı müsadirə olunmaqla 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Daxili İşlər Nazirliyi bəyan edib ki, Bayram Məmmədovun üzərindən 2,9 qram, evindən 1 kilo 150 qram heroin, Qiyas İbrahimovun üzərindən 2,6 qram, yaşadığı mənzildən 1 kilo 10 qram heroin tapılıb. Müdafiəçiləri isə hər iki gəncin siyasi sifarişlə tutulduğunu iddia edirlər. Bildirilir ki, mayın 10-na gecə Bakının mərkəzində Heydər Əliyevin abidəsinin üzərində etirazçı şüarlar yazılıb. Müdafiəçiləri gənclərin bu şüarlara görə saxlandığını vurğulayırlar.

Novator.az-ın məlumatına görə, vəkil Elçin Sadıqov mayın 23-də Facebook sosial şəbəkəsində yazıb ki, qaldırdığı vəsatətlər gənclərdən aşkar olunduğu iddia edilən narkotik vasitələrin büküldüyü bükümlərin və qablaşdırıldığı polietilen torbaların üzərində olan əl-barmaq izlərinin götürülməsi, onların kimə məxsus olmasının müəyyən edilməsi məqsədilə ekspertiza təyin edilməsi barədədir.

Vəkil Qiyas İbrahimovla bağlı vəsatətini Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi Murad Quliyevə təqdim edib. Həmin vəsatətində Elçin Sadıqov təyin ediləcək ekspertiza qarşısında bu sualların qoyulmasını istəyib:

  1. Qiyas İbrahimovun gödəkcəsinin sol yan cibindən aşkar edildiyi iddia edilən 2,607 qram hissəsinin büküldüyü sellofan kəsiyi bükümünün, evindən aşkar edildiyi iddia edilən 1 kiloqram 10 qram narkotik vasitənin büküldüyü qırmızı rəngli polietilen bağlamanın üzərində neçə əl-barmaq izləri var?
  2. Aşkar edilmiş əl-barmaq izləri neçə nəfərə məxsusdur?
  3. Aşkar edilmiş əl-barmaq izləri kimlərə məxsusdur?

Elçin Sadıqov Bayram Məmmədovla bağlı vəsatətini Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi  Həbib Həbibliyə təqdim edib. Vəkil həmin vəsatətində ekspertiza qarşısında bu sualların qoyulmasını istəyib:

  1. Bayram Məmmədovun cins şalvarının arxa sağ cibindən aşkar edildiyi iddia edilən 2,904 qram narkotik vasitə hissəsinin büküldüyü bükümün, evindən aşkar edildiyi iddia edilən 1 kiloqram 150 qram narkotik vasitənin büküldüyü qara rəngli polietilen torbanın üzərində neçə əl-barmaq izləri var?
  2. Aşkar edilmiş əl-barmaq izləri neçə nəfərə məxsusdur?
  3. Aşkar edilmiş əl-barmaq izləri kimlərə məxsusdur?

Hər iki vəsatətində Elçin Sadıqov əməliyyatlarda iştirak etmiş polis nəfərlərinin, Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsinin rəisinin, müavinlərinin və bütün işçilərinin əl-barmaq izlərinin, eyni zamanda Qiyas İbrahimovla Bayram Məmmədovun əl-barmaq izlərinin götürülərək ekspertizaya təqdim olunmasını da xahiş edib.

Vəkil hesab edir ki, bu vəsatətlər təmin olunsa, Qiyas İbrahimov və Bayram Məmmədovun heroinləri onların cibinə və evinə polis əməkdaşlarının qoyduğu barədə ifadələri təsdiqini tapacaq.

İstanbulda Dünya Humanitar Sammiti başlayıb

  • 23 May 2016
  • comments

Ermənistanın iqtisadi göstəriciləri açıqlanıb

  • 23 May 2016
  • comments

About author

Redaktor

Son materiallar

comments
ManşetXəbər

Azərbaycan və İran prezidentləri arasında telefon söhbəti

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

ABŞ prezidentinin ukraynalı jurnalistlə dialoqu

GLOBALS:0
comments
ManşetXəbər

UEFA-nın klub reytinqi

GLOBALS:0
comments
Xəbər

Bank hesabatı

GLOBALS:0

Tags

  • Hüquq

Rəylər

Do not miss

comments
ManşetXəbər

Azərbaycan və İran prezidentləri arasında telefon söhbəti

Son materiallar

comments
ManşetXəbər

Azərbaycan və İran prezidentləri arasında telefon söhbəti

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

ABŞ prezidentinin ukraynalı jurnalistlə dialoqu

GLOBALS:0
comments
ManşetXəbər

UEFA-nın klub reytinqi

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda