• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Komissiya Qarabağ layihəsini parlamentə çıxarmadı

  • 16 May 2016
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Ermənistan parlamentinin xarici əlaqələr komissiyası mayın 16-da Dağlıq Qarabağ rejiminin müstəqil dövlət kimi tanınması barədə layihəyə baxıb. Novator.az-ın məlumatına görə, layihənin parlamentdə müzakirəsi məqsədəuyğun sayılmayıb. Komissiyanın sədri Artak Zakaryan iclasda deyib ki, indiki məqamda Ermənistanı və onun tərəfdaşlarını çətin vəziyyətə sala biləcək addımlar atılmamalıdır, hazırda əsas diqqət Dağlıq Qarabağın danışıqlar masası arxasına qayıtmasına yönəlməlidir.

Çiçəklənən Ermənistan Partiyasının parlament fraksiyasının rəhbəri Naira Zöhrabyan müzakirələrdə deyib ki, partiya Dağlıq Qarabağın tanınması barədə layihənin səsverməsinə qatılmayacaq. O, imtinanı irimiqyaslı müharibəyə rəvac verməmək istəyi ilə əsaslandırıb.

Dağlıq Qarabağın tanınması layihəsinin müəllifləri deputatlar Zarui Postancyan və Qrant Baqratyandır. Zarui Postancyan Ermənistan parlamentinə müxalif İrs Partiyasından seçilib. Qrant Baqratyan Ermənistan parlamentində sabiq prezident Levon Ter-Petrosyanın lider olduğu Erməni Milli Konqresini təmsil edir. Baqratyan 1993-1996-cı illərdə Ermənistanın baş naziri olub. Müxalif Azadlıq Partiyasının sədridir.
Mayın 5-də layihə Ermənistan hökumətinin iclasında müzakirə olunub və parlamentə göndərilib.

1988-ci ildə ermənilər Azərbaycanın tərkibində muxtar vilayət olan Dağlıq Qarabağ bölgəsinin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkata başlayıblar. 1991-ci il sentyabrın 2-də Dağlıq Qarabağ özünü müstəqil dövlət elan edib. Ermənilər saxta qurumu “Dağlıq Qarabağ Respublikası” və ya “Arsax Respublikası” adlandırır.

1991-1994-cü illərdə Ermənistan Dağlıq Qarabağ vilayətini və onun ətrafındakı 7 rayonu işğal edib. 1994-cü ildə elan olunan atəşkəsdən bəri ATƏT-in Minsk qrupu çərçivəsində aparılan sülh danışıqları heç bir nəticə vermir.

Azərbaycanın Silahlı Qüvvələri bu il aprelin 2-dən 5-dək Qarabağ cəbhəsində atəşkəsi pozan işğalçı erməni birləşmələrinə qarşı cavab tədbiri keçirib. Əks-həmlədə Füzuli və Ağdərə istiqamətində yerləşən bəzi yüksəkliklər azad edilib.

Ermənistanın xarici işlər nazirinin müavini Şavarş Köçəryan mayın 5-də jurnalistlərə deyib ki, Dağlıq Qarabağın tanınması barədə qanun layihəsi parlamentin gündəliyinə Azərbaycan cəbhə xəttində yenidən hücuma keçəcəyi halda gətiriləcək.

Qiymət artımı özəlləşdirmədən xəbər verir?

  • 16 May 2016
  • comments

Şəhid Milli Qəhrəmanların ailə üzvlərinə medallar ...

  • 16 May 2016
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda