• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Ekspert: “Palata banklara inamı qaytarmaq istəyirsə…”

  • 16 May 2016
  • comments
  • Redaktor
  • Posted in Xəbər

İqtisadçı Vüqar Bayramov Maliyyə Bazarlarına Nəzarət Palatasını banklarla bağlı ciddi tədbir görməyə səsləyib. Transparency.az-ın məlumatına görə, ekspert yazır: “Bir sıra banklarda əmanətçilərə pulların qaytarılması problemləri var. Bankların 2010-2014-cü illərdəki arxayın və yanlış bahalı kredit siyasəti bu sektorda ciddi problemlərin əsasını qoyub. Hələ o illərdə bir sıra bankların sağa-sola kredit kartı paylamasının ciddi böhrana yol açacağını bildirirdik. Təəssüf ki, həmin vaxtlar Mərkəzi Bank seyrçi mövqe tutdu. İndi isə vətəndaş halal pulunu bəzi banklardan geri ala bilmir.

Əmanətlərin müqaviləyə uyğun olaraq zamanında və tələb edilən məbləğdə qaytarılması üçün Maliyyə Bazarlarına Nəzarət Palatası daha real addımlar atmalıdır. Problemli kreditlərin həcminin artması əmanətçinin deyil, MDB-də ən yüksək kredit faizləri ilə uzun müddət inanılmaz qazanc əldə edən bir sıra bank rəhbərlərinin günahıdır. Kreditlərin yubadılması heç bir halda əmanətlərin qaytarılmaması üçün bəhanə olmamalıdır. Palata banklara inamı qaytarmaq istəyirsə, pulunu geri almaq istəyən hər bir əmanətçinin qəpiyi belə yubadılmadan ödənməlidir”.

Vüqar Bayramov Mərkəzi Bankın rəsmi statistikasına əsaslanaraq bildirir ki, banklardakı əmanətlərdə azalmalar göz önündədir: “Bu ilə 9 milyard 472 milyon manatlıq əmanətlə başlayan banklar yalnız 3 ay ərzində 1 milyard 396 milyon manat depozit itiriblər. Ümumiyyətlə, əmanətlərin həcminə diqqət yetirdikdə birinci devalvasiyadan başlayaraq əmanətlərin məbləğində azalmalar müşahidə edilib. İlk devalvasiyadan sonra ümumi əmanətlərin həcmi milli valyutanın dəyərsizləşməsi hesabına 7 milyard 932 milyon manat idi. Bu həmin dövrə olan məzənnə ilə 7 milyard 554 milyon dollar deməkdir. Daha sonra bu göstərici ötən ilin dekabr ayında 7 milyard 89 milyon manata düşdü. İkinci devalvasiya əmanətlərin manatla məbləğini artırsa da, dollar ifadəsində əmanətləri dəyərsizləşdirdi. Xarici valyuta ifadəsində yalnız son bir ildə əmanətlərin məbləği 2 milyard 205 milyon dollar azalıb. Bütün bunlar Mərkəzi Bankın rəsmi göstəriciləri əsasında aparılan hesablamalardır və müqayisələr göstərir ki, son bir ildə banklara inam ciddi şəkildə aşağı düşüb”.

2015-ci ildə Azərbaycan manatı iki dəfə devalvasiyaya uğrayıb. Fevralda manatın dollara rəsmi məzənnəsi 78 qəpikdən 1 manat 5 qəpiyə qaldırılıb, dekabrda isə Mərkəzi Bankın qərarı ilə manat üzən məzənnə rejiminə keçirilib və dollar qarşısında rəsmi kurs 1 manat 55 qəpik olub.

Valyutalarda ucuzlaşma

  • 16 May 2016
  • comments

Azərbaycan-Gürcüstan-Türkiyə hərbi anlaşması hazır...

  • 16 May 2016
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda