• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Azərbaycan-Gürcüstan-Türkiyə hərbi anlaşması hazırlanır

  • 16 May 2016
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Mayın 15-i Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzində Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, Gürcüstanın müdafiə naziri Tinatin Xidaşeli və Türkiyənin milli müdafiə naziri İsmət Yılmazın görüşü keçirilib. Nazirlər regiondakı hərbi-siyasi vəziyyət və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıb, hərbi sahədə əməkdaşlıq üzrə qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.

Danışıqlardan sonra brifinq keçirilib. Mod.gov.az-ın məlumatına görə, Zakir Həsənov jurnalistlərə deyib ki, görüşdə üç ölkənin Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin artırılması və qarşılıqlı əməliyyat uyarlılığının əldə edilməsi məqsədilə birgə təlimlərin keçirilməsi, hərbi təlim-təhsil sahəsində əməkdaşlığın üçtərəfli formatda təşkil edilməsi, kiber təhlükəsizlik sahəsi üzrə əməkdaşlığın inkişaf etdirilməsi, o cümlədən neft və qaz boru kəmərlərinin mühafizəsi üzrə üçtərəfli təlimlərin daha da təkmilləşdirilməsi məqsədəuyğun hesab olunub.

Zakir Həsənovun sözlərinə görə, nazirlər müdafiə sahəsində üçtərəfli anlaşma memorandumu imzalamağı nəzərdə tuturuq: “Hazırda layihəsi razılaşdırılmaqda olan anlaşma memorandumunun imzalanması əməkdaşlığımızın hüquqi bazasının əsasını təşkil edəcək, üçtərəfli fəaliyyətlərimizin yeni mərhələyə keçməsinə zəmin yaradacaq.
Gələcəkdə də bu formatdan irəli gələn yeni təşəbbüs və layihələrin həyata keçirilməsi planlaşdırılır.

Görüş zamanı regionda cərəyan edən hərbi-siyasi vəziyyət və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi apardıq, bölgədə sabitliyin təmin edilməsi yollarını birgə araşdırdıq. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı məsələləri, xüsusən son zamanlarda münaqişə zonasında gərginliyin artması nəzərə alınmaqla ətraflı müzakirə etdik. Münaqişələrin sülh yolu ilə həllinin zəruriliyini və bir-birimizin suverenliyinə, ərazi bütövlüyünə qarşılıqlı beynəlxalq hüquq normaları çərçivəsində yanaşmanın vacibliyini bir daha qeyd etdik”.

Ekspert: “Palata banklara inamı qaytarmaq istəyirs...

  • 16 May 2016
  • comments

Xədicə İsmayılın şikayətinə mayın 25-də baxılacaq

  • 16 May 2016
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiXəbər

Gürcüstanın orta maaş statistikası

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

“Avroviziya”: haçalanma və müəmma böyüyür

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Baş nazir sabiqlərin ipini kəsir

GLOBALS:0
comments
AktualManşetXəbər

“Dorian Qreyin portreti” faciəsi – Heydər Əliyev sarayında

GLOBALS:0

Tags

  • Ordu

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Gürcüstanın orta maaş statistikası

Son materiallar

comments
Dünyanın səsiXəbər

Gürcüstanın orta maaş statistikası

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

“Avroviziya”: haçalanma və müəmma böyüyür

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Baş nazir sabiqlərin ipini kəsir

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda