• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Prokuror Elçin Həsənova 3 il 6 ay həbs cəzası istədi

  • 13 May 2016
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Nizami Rayon Məhkəməsində xuliqanlıqda ittiham edilən jurnalist və ictimai fəal Elçin Həsənovun işi ilə bağlı proses başa çatmaq üzrədir. Mayın 13-də prokuror ona 3 il 6 ay həbs cəzası istəyib.

E.Həsənov ötən il keçmiş “Asiya” agentliyinin başçısı Cəfər Cəfərovun ona basqı göstərməsi ilə bağlı şikayət edib. Sonradan bu şikayət onun özünə qarşı çevrilib. Cəfər Cəfərov da indi dələduzluqda ittiham edilir.

Bu ilin martında E.Həsənova qarşı 221-1 maddə ilə cinayət işi açılıb. Daha sonra bu ittiham daha ağır maddə olan 221-3 maddəsi (soyuq silah tətbiq etməklə xuliqanlıq törətmək) ilə əvəzlənib.

E.Həsənovun vəkili Fariz Namazlı “Turan”a deyib ki, ittiham hüquqi əsaslardan kənardır: “İşdə insidentlə bağlı bir nəfər də şahid yoxdur. İstintaq müəyyən etməyib ki, Elçin Həsənov hansı “küt alət”lə Cəfər Cəfərova zərbə endirib. Cəfər Cəfərov özü Elçin Həsənovun əlində nə olduğunu görməyib. Üstəlik, Elçin Həsənova hər hansı iddiasını olmadığını söyləyib. Məhkəmədə ekspert Cəfər Cəfərova kəsici-deşici alətlə xəsarət yetirilməsi haqda istintaqın mülahizəsini təsdiqləməyib”.

Müdafiə tərəfinin çıxışı mayın 18-nə təyin edilib. Vəkil məhkəmədən E.Həsənova bəraət istəyəcəyini söyləyib.

E.Həsənov ölkəni tərk etməmək barədə iltizam verib. O deyir ki, məhz jurnalist və müxalifətçi mövqeyinə görə təqib edilir.

E.Həsənov Sumqayıtda nəşr edilən “Yüksəliş naminə” qəzetinin redaktor müavinidir. Bundan əlavə, AXCP Ali Məclisinin üzvüdür.

AXCP sədrinin müşaviri həbsdə qaldı

  • 13 May 2016
  • comments

Xarici ticarət dövriyyəsi də əriyib, müsbət saldo ...

  • 13 May 2016
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Hüquq
  • Media

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda