• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Ermənistanın kimyəvi silahlardan istifadəsi faktına görə cinayət işi başlanıb

  • 13 May 2016
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Mülki əhaliyə qarşı Ermənistan silahlı qüvvələrinin kimyəvi silahlardan istifadə etməsi faktına görə Azərbaycan Respublikası Hərbi Prokurorluğunda cinayət işi başlanıb.

Bu barədə AZƏRTAC-a Hərbi Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Tərtər rayonunun cəbhəyanı Əskipara kəndi ərazisində Ermənistan ordusunun atdığı partlamamış kimyəvi tərkibli top mərmisi aşkar olunub. Həmin mərmi mayın 11-də agentliyin mütəxəssisləri tərəfindən müvafiq təhlükəsizlik qaydalarına riayət edilməklə partladılaraq məhv edilib.

Hərbi Prokurorluğun xüsusi istintaq şöbəsinin əməkdaşları Ermənistan silahlı qüvvələrinin kimyəvi tərkibli top mərmisi atdığı əraziyə baxış keçiriblər. İlkin araşdırma zamanı müəyyən edilib ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın yaşayış məntəqələrinə və mülki əhalisinə qarşı törədilən təxribatlar zamanı Tərtər rayonunun cəbhəyanı Əskipara kəndi ərazisində aşkar olunmuş partlamamış mərmi hərbi sursat növünə aid olan, daxilində 3,6 kiloqram P-4 (ağ fosforun kimyəvi kodu) kimyəvi tərkibli olan D-4 (tüstülü mərmi) tipli 122 millimetrlik top mərmisidir.

Bu tip kimyəvi tərkibli mərmilərdən istifadə etməklə Ermənistan silahlı qüvvələri 1949-cu il “Müharibə qurbanlarının qorunması haqqında Cenevrə Konvensiyası”nı və həmin Konvensiyaya 1977-ci ildə qəbul edilmiş əlavə protokolları, “Adi silahların konkret növləri haqqında Konvensiya”nın III (1980-ci il), eləcə də “Kimyəvi silahların istehsalı və tətbiqinin qadağan olunmasına dair” BMT-nin 1992-ci il 30 noyabr tarixli Konvensiyasının müddəalarını kobud şəkildə pozublar.

Beynəlxalq humanitar hüquq normalarında təsbit edilmiş qaydalara məhəl qoymayan erməni silahlı bölmələri bu tip mərmilərdən təkcə Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutduqları zaman deyil, həmçinin yaşayış məntəqələrinə və mülki əhaliyə qarşı da istifadə edirlər.

Ermənistan hərbi birləşmələrinin qadağan olunmuş mərmilərdən istifadə etməsi faktına görə Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 29,120.2.7-ci (iki və daha çox şəxsi öldürməyə cəhd etmə), 29,120.2.12-ci (milli, irqi, dini ədavət və düşmənçilik niyyəti ilə adam öldürməyə cəhd etmə) və 116.0.16-cı (Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrlə qadağan edilmiş silahları, müharibə vasitələrini və üsullarını silahlı münaqişələrdə tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda Hərbi Prokurorluqda iş üzrə ibtidai araşdırma davam etdirilir.

Yeni dövlət başçısı hökuməti ixtisar etdi

  • 13 May 2016
  • comments

Ermənilərin radioaktiv materialların qaçaqmalçılığ...

  • 13 May 2016
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Hüquq

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda