Ermənistanda atom elektrik stansiyasının mövcudluğu nüvə materialları qaçaqmalçılığı ilə məşğul olan transmilli cinayətkar qrupların regiona diqqətini artırır, onların Azərbaycanın işğal altındakı ərazilərində sərbəst fəaliyyəti üçün əlverişli şərait yaradır. Ermənilərin nüvə qaçaqmalçılığı ilə məşğul olması, radioaktiv materialları ölkədən çıxararaq satmaq cəhdlərinə dair çoxsaylı faktlar mövcuddur. Belə materialların İŞİD və Əl-Qaidə kimi terror qruplaşmalarının əlinə düşəcəyi təqdirdə dünyanın bir çox ölkələrinin ciddi fəlakətlə üzləşəcəyi şübhə doğurmur:
AZƏRTAC