Mayın 13-də ABŞ dollarının kursu dəyişib. 1 dolların rəsmi məzənnəsi 1,5088 manatdan 1,5093 manata qalxıb.
Avronun da məzənnəsi yenilənib. Transparency.az-ın məlumatına görə, 1 avro 1,7237 manatdan 1,7163 manata enib.
1 Rusiya rublu isə ötən gün olduğu kimi 0,0232 manata satılır.
Digər valyutalara gəlincə, Azərbaycan Mərkəzi Bankı 1 gürcü larisini 0,6845 manata,1 ingilis funt sterlinqini 2,1797 manata, 1 İsveçrə frankını 1,5537 manata, 1 türk lirəsini 0,5092 manata təklif edir.