• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

AXCP sədrinin müşaviri həbsdə qaldı

  • 13 May 2016
  • comments
  • Redaktor
  • Posted in Xəbər

AXCP sədrinin müşaviri Məmməd İbrahimin 3 il azadlıqdan məhrum edilməsi barədə hökm qüvvədə saxlanıb. Mayın 13-də Bakı Apellyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrlik etdiyi hakimlər kollegiyası bu barədə qərar çıxarıb.

Məhkəmədə Məmməd İbrahimin vəkili Yalçın İmanov apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, onun günahsız olduğunu bildirib. AXCP funksionerinin özünə isə çıxış etməyə imkan verilməyib.

Hakimlər qısa müşavirədən sonra Nərimanov Rayon Məhkəməsinin Məmməd İbrahim barədə hökmünün qüvvədə saxlanması haqda qərarı elan edib.

Vəkil Yalçın İmanov “Azadlıq” radiosuna bildirib ki, qərardan Ali Məhkəməyə kassasiya şikayəti veriləcək: “Təəssüf ki, istintaq orqanı və birinci instansiya məhkəməsinin Məmməd İbrahimə münasibətdə qanunsuzluqları burada davam etdirildi. Azacıq obyektiv araşdırma olsaydı, Məmməd İbrahim barədə bəraət hökmü çıxarılardı. Ali Məhkəmə də şikayəti təmin etməsə, Avropa Məhkəməsinə müraciət edəcəyik”.

Məmməd İbrahim bir müddət əvvəl AXCP-dən ayrılmış Mikayıl Quliyevin şikayəti əsasında 2015-ci il sentyabrın 30-da həbs olunub. O, Mikayıl Quliyevi vurmaqda ittiham olunub, ona Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb. Bir müddət sonra daha iki nəfər – Oruc Vəliyev və Məhəmməd Qurbanov da şikayət verərək bildiriblər ki, insident zamanı Məmməd İbrahim onları da vurub. Bundan sonra ittiham maddəsi ağırlaşdırılıb və Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsinə tövsif olunub.

2016-cı il martın 15-də Nərimanov Rayon Məhkəməsinin hökmü ilə Məmməd İbrahim 3 il azadlıqdan məhrum edilib. O, ittihamı qəbul etmir və həbsinin siyasi sifariş olduğunu bildirir.

Azərbaycan parlament idarə üsuluna keçməlidirmi?

  • 13 May 2016
  • comments

Prokuror Elçin Həsənova 3 il 6 ay həbs cəzası istə...

  • 13 May 2016
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Hüquq

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda