• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Politoloq: “Azərbaycan prezidenti bir mövzunun müzakirəsini tələb etməlidir”

  • 12 May 2016
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Mayın 12-də ATƏT-in Minsk qrupunun həmsədrləri bəyanat yayaraq Azərbaycan və Ermənistan prezidentlərini yubanmadan görüş keçirməyə çağırıblar. Görüşün gələn həftə Avstriyanın paytaxtı Vyanada keçirilməsi təklif olunub.

Həmsədrlər İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ), Pyer Andriyonun (Fransa) yaydığı bəyanatda qeyd olunur ki, Azərbaycan və Ermənistan prezidentləri cəbhə xəttindəki son zorakılıq fonunda və təmas xəttində gərginliyi azaltmaq üçün mütləq görüşməlidir, Rusiya, Fransa xarici işlər nazirləri və ABŞ-ın dövlət katibi bu görüşün Vyanada keçirilməsinə yardım göstərməyə hazırdırlar. Onlar bildirir ki, nazirlərin əsas vəzifəsi atəşkəs rejiminin möhkəmləndirilməsi və nizamlanma üçün əlverişli şəraitin yaradılmasından ibarət olacaq.

Transparency.az-ın məlumatına görə, həmsədrlərin çağırışını şərh edən politoloq Elxan Şahinoğlu yazır ki, Azərbaycan prezidenti Ermənistan prezidenti ilə görüşündə yalnız bir mövzunun müzakirəsini tələb etməlidir: “Ermənistan ilkin şərt irəli sürmədən Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmağa hazırdır, ya yox? Əks halda Vyanadakı görüşün əhəmiyyəti yoxdur və dövlət başçısı İlham Əliyevin sözləri ilə desək, bu, imitasiya xətrinə görüş olacaq. Belə görüşlər bizi geri sala bilər. Çünki 22 ildə məhz bu cür görüşlər Dağlıq Qarabağ və ətraf rayonların işğal altında qalmasına, status-kvonun qorunmasına şərait yaradıb. Yeni görüşü təklif edən Minsk qrupu həmsədrlərinin də məqsədi münaqişəni həll etmək yox, tərəfləri atəşkəsə riayət etməyə çağırmaqdır. İşğal davam etdikcə bu çağırış əvvəlki kimi Ermənistanın xeyrinə işləyəcək”.

1988-ci ildə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini ələ keçirmək üçün yeni təcavüzə başlayıb. 1994-cü ildə elan olunan atəşkəsə qədər Ermənistan Azərbaycanın bütün cənub-qərb regionunu işğal edib.

1994-cü ilin mayında Qırğızıstanın paytaxtı Bişkekdə MDB Parlament Assambleyasının iclasında Rusiya Qarabağ münaqişəsi ilə bağlı tərəflərə atəşkəs layihəsi təqdim edib. Mayın 5-də Bişkekdə həmin sənədi Ermənistan parlamentinin sədri, Dağlıq Qarabağın erməni icmasının nümayəndəsi, MDB Parlament Assambleyasının sədri və katibi, Qırğızıstan Ali Sovetinin sədri, Rusiya vasitəçilik missiyasının rəhbəri imzalayıblar. Azərbaycan parlamentinin sədri və Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri sənədə mayın 8-i Bakıda qol çəkiblər. Bişkek protokolu əsasında Azərbaycan və Ermənistanın müdafiə nazirləri, eləcə də Dağlıq Qarabağdakı erməni silahlı birləşmələrinin komandanı mayın 12-si Moskvada atəşkəs sazişi imzalayıblar.

2016-cı il aprelin 2-dən 5-dək Azərbaycan Silahlı Qüvvələri Qarabağ cəbhəsində atəşkəsi pozan işğalçı erməni birləşmələrinə qarşı cavab tədbiri keçirib. Əks-həmlədə Füzuli və Ağdərə istiqamətində yerləşən bəzi yüksəkliklər azad edilib.

Hazırda Dağlıq Qarabağ bölgəsinin Xankəndi şəhəri, Şuşa və Xocalı rayonları bütünlüklə işğal altındadır. Ağdərə və Xocavənd rayonlarının kiçik bir hissəsi Azərbaycanın nəzarətindədir. Dağlıq Qarabağ bölgəsindən kənarda yerləşən Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan rayonları tam işğal edilib. Cəbrayılın yalnız Cocuq Mərcanlı kəndi, Ağdamın Quzanlı qəsəbəsi və 10 kəndi, Füzulinin Horadiz şəhəri və 22 kəndi Azərbaycanın əlindədir.

“AzəriLayt” ilin rekordunu təzələdi

  • 12 May 2016
  • comments

Ukraynada yeni qanun: hüquq təhsili olmayan da baş...

  • 12 May 2016
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda