• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

ABŞ din azadlığı hesabatında Azərbaycanı “ikinci dərəcəli” qrupa salıb

  • 04 May 2016
  • comments
  • Redaktor
  • Posted in Xəbər

ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyası (USCİRF) 2015-ci ilə dair hesabat açıqlayıb. “Azadlıq” radiosu xəbər verir ki, USCİRF 17 ölkəni “birinci dərəcəli” qrupa salıb. Hesabata görə, həmin ölkələrdə din azadlığı ciddi şəkildə, aramsız və hərtərəfli pozulur. İran, İraq, Tacikistan, Türkmənistan, Pakistan və Özbəkistan belə ölkələrdən sayılır.

“İkinci dərəcəli” ölkələrdə isə din azadlığının pozulma halları tez-tez monitorinq aparılmasını qaçılmaz edir. Əfqanıstan, Azərbaycan, Qazaxıstan, Türkiyə və Rusiya bu siyahıda yer alıb.

Hesabatda vurğulanır ki, Azərbaycan cəmiyyətində güclü dini dözümlülük ənənəsi olsa da, 2015-ci ildə din azadlığına rəsmi sayğı pisləşib, demokratik normalara sayğı da kəskin azalıb: “Ötən il hökumət 2009-cu ildə qəbul etdiyi repressiv dini qanunun pozulması hallarına görə cərimələr qoyub və dinlə bağlı qanunverici məhdudiyyətlər qəbul edib. Dinc dindarlar, onların müdafiəçiləri, vətəndaş cəmiyyəti fəalları saxlanaraq cərimələnib və müxtəlif ittihamlarla həbsə atılıb. Dini qrupların qeydiyyatla bağlı müraciətləri ya yubadılıb, ya rədd edilib, ya da həmin qruplar qapadılıb”.

Qeyd olunur ki, 2012-ci ildə Avropa Şurasının Venesiya Komissiyası və ATƏT Azərbaycanın dini qanunvericiliyi barədə rəyini açıqlayıb və həmin qanunun beynəlxalq insan haqları öhdəliklərinə uyğun gəlmədiyini bildirib: “2014-cü ildə isə Avropa İnsan Hüquqları Məhkəməsi qanunun qanunsuz dini fəaliyyətin müəyyənləşdirilməsi və təqibi baxımından hakimiyyətə qeyri-məhdud səlahiyyət verdiyini açıqlayıb. Həmin qanuna 2015-ci ildə qəbul olunmuş dəyişikliklərə görə, dini qruplar fəaliyyət və maliyyə qaynaqlarını hökumətə bildirməlidir. Üstəlik, məhkəmə materiallarını dəyərləndirən və ifadə verən rəsmi dini ekspertlər də əlavə dövlət təlimindən keçməlidirlər”.

Sənəddə o da vurğulanır ki, yerli QHT-lər 2014-cü ildən bəri dini etiqad azadlığından dinc istifadəyə görə həbs olunmuş 40 müsəlmanın siyahısını hazırlayıb: “Onların çoxu məktəblərdə hicab qadağasına etiraza görə saxlanıblar. 2 nəfər əfv olunsa da, 11-i hələ də həbsdədir”.

Hesabatda müsbət məqamlar da əksini tapıb: “Yəhudilər uzun müddət Azərbaycanda yaşayıb cəmiyyətə inteqrasiya olunublar. Onlar, demək olar, antisemitizmlə üzləşmirlər. Kiçik katolik icması və alban-udi kilsəsi də var. Bu dini azlıqların hökumətlə münasibətləri yaxşıdır”.

Hesabatda ABŞ hökumətinə tövsiyə olunur ki, Azərbaycanı dini qanunvericiliyi beynəlxalq standartlara uyğunlaşdırmağa, dinc dini fəaliyyətlə məşğul olanları azadlığa buraxmağa çağırsın.

Azərbaycan hökumətinə isə BMT-nin din azadlığı, məhkəmə müstəqilliyi və işgəncələr üzrə xüsusi məruzəçilərinin Bakıya səfərlərinə razılıq verməsi, dini qrupların qeydiyyat olmadan da azad fəaliyyətinə şərait yaradılması tövsiyə olunur.

Açıq hökumətə dair üçillik fəaliyyət planı necə ic...

  • 04 May 2016
  • comments

“Çöl Qala” oxuculara təqdim olunacaq

  • 04 May 2016
  • comments

About author

Redaktor

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0

Tags

  • Din
  • Hüquq

Rəylər

Do not miss

comments
Xəbər

Beşlikdə son nöqtə

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda