• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Azərbaycanda azərbaycanlı miqrantlar

  • 22 Aprel 2016
  • comments
  • Redaktor
  • Posted in Tribuna

Sovet İttifaqı dağılandan sonra Rusiyada yaşayan azərbaycanlılardan bəzisi Rusiya vətəndaşına çevrildi. Onlardan biri ilə söhbət edirik. Adını açıqlamaq istəməsə də, dərdini danışdı:

– Zaqatalada doğulub boya-başa çatmışam. 18 yaşımda sovet ordusunda hərbi xidmətə yollandım, xidmətimi Rusiya ərazisində çəkdim. Əsgərliyi başa vuranda orada qalıb ali təhsil aldım, ixtisaslı mühəndis kimi müxtəlif sahələrdə çalışdım. Təqaüdə çıxandan sonra həyat yoldaşımla bərabər Vətənə – Azərbaycana, Zaqatala rayonuna qayıtdım. Övladlarım Rusiyada yaşasalar da, vətən torpağı məni çəkir, vaxtımın çoxunu Azərbaycanda keçirirəm. Həyət-bacada mer-meyvə yetişdirirəm, təsərrüfatla məşğul oluram.

Əsas problemim Azərbaycanda yaşayış yeri üzrə qeydiyyata alınmamağımdır. 1 illik qeydiyyata düşmək üçün Şəki Regional Miqrasiya Xidmətinə dəfələrlə yazılı müraciət etmişəm, müxtəlif əsassız bəhanələr gətirir, məni qeydiyyata almırlar. Ona görə də əlacsız qalıb 3 aydan bir Azərbaycan sərhədini keçib qayıdıram. Çünki Azərbaycanda məni yalnız 3 aylığa qeydiyyata alırlar, ona görə də 3 ayın tamamında ölkədən – öz Vətənimdən çıxmağa məcbur oluram. Halbuki qanuna görə, mən 1 və ya 3 illik qeydiyyata düşə bilərəm.

Digər həmsöhbətim Azərbaycanda doğulub boya-başa çatan, ailə həyatı qurandan sonra Rusiyanın Sankt-Peterburq şəhərinə yaşamağa gedən, sonralar Rusiya vətəndaşlığı alan azərbaycanlı xanım – Ədalət Bulayevadır. Deyir uzun müddət Rusiyada yaşayıb, 6-7 ildir Azərbaycandadır. Övladları Rusiyadadır. İndi ildə bir dəfə onları görməyə gedir: “Sözün düzü, yaş keçdikcə Rusiyanın soyuq iqliminə, dinimizə, adət-ənənəmizə yad bir ölkəyə əvvəlki kimi uyuşa bilmirəm. Bacı-qardaşım da Azərbaycandadır”.

Ədalət Bulayeva uzun-uzadı müraciətlərdən, get-gəldən sonra 2015-ci ildə 1 illik qeydiyyata düşüb. 3 və ya 5 illik qeydiyyatı isə hələ ki, xəyal edir. Azərbaycan torpağının doğmaca övladı SSRİ dövründə taleyin yazısı ilə öncə sovet, sonra Rusiya vətəndaşı olub, indi öz torpağında məmur süründürməçiliyindən şikayətçidir: “Çinli, vyetnamlı, hindistanlı və yaxud digər əcnəbilərlə mənim aramda fərq olmalıdır axı… Onlar uzunmüddətli qeydiyyata düşə bilirlər, biz isə yox”.

Xatırladaq ki, Azərbaycan Respublikasının miqrasiyaya dair qanunvericiliyində göstərildiyi kimi, Azərbaycanda müvəqqəti yaşamaq istəyən əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin qeydiyyata alınması Dövlət Miqrasiya Xidməti tərəfindən müəyyən olunmuş qaydada həyata keçirilir.

İradə Bulayeva

Turistlər ən çox hara gedir?

  • 22 Aprel 2016
  • comments

Məhkəmə qərarı başqa vaxta qaldı

  • 22 Aprel 2016
  • comments

About author

Redaktor

Son materiallar

comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
TribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0

Tags

  • Hüquq

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

Son materiallar

comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
TribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda