• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Əkrəm Əylislinin maddəsi dəyişdi, iş prokurorluğa getdi

  • 21 Aprel 2016
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Yazıçı Əkrəm Əylisli hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etməkdə ittiham olunur. İstintaq daha öncə xuliqanlıqda şübhəli bilinən yazıçını bu dəfə Cinayət Məcəlləsinin 315.1-ci maddəsi ilə ittiham edir. Həmin maddəyə görə, hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Bu il martın 30-u səhər Əkrəm Əylisli Venesiyada keçirilən beynəlxalq ədəbiyyat festivalında iştirak etmək üçün təyyarə ilə Azərbaycandan çıxmaq istəyib. Ancaq paytaxt Bakının hava limanında sərhədçilər onu, həmçinin böyük oğlu İlyası saxlayıblar. Əkrəm Əylisli Nəqliyyatda Baş Polis İdarəsinin aeroportdakı bölməsinə aparılıb. 15 saat saxlandıqdan sonra o, sərbəst buraxılıb.

Əkrəm Əylisli mediaya bildirib ki, sərhədçilər onu pasport nəzarətinə buraxmayıblar, çıxışına qadağa qoyulduğunu deyiblər, sonra gömrükçülər əl yükünü yoxlayıb onu polisə təhvil veriblər.

Rəsmi versiyaya görə isə Əkrəm Əylisli hava limanında ictimai qaydanı pozub, söyüş söyüb, Dövlət Sərhəd Xidmətinin əməkdaşı Nihal Seyidovu vurub.

Aprelin 21-də “Azadlıq” radiosuna danışan vəkil Elçin Sadıqov deyib ki, bu gün yazıçı ilə birgə Hava Nəqliyyatında Polis İdarəsinin istintaq şöbəsində olub. Şöbədə onlara cinayət işinin hakimiyyət nümayəndəsinə qarşı zorakılıq əməli üzrə davam etdiriləcəyi haqda məlumat verilib. Hava Nəqliyyatında Polis İdarəsi işi Bakı Şəhər Prokurorluğuna göndərib.

3 il öncə Əkrəm Əylisli “Daş yuxular” romanına görə ciddi tənqidlərlə üzləşib, prezident İlham Əliyevin sərəncamları ilə “Xalq yazıçısı” fəxri adından və prezident təqaüdündən məhrum edilib. Bu yaxınlarda prezident İlham Əliyevə açıq məktubla müraciət edən Əkrəm Əylisli ona davamlı təzyiqlər edildiyini vurğulayıb, kömək istəyib.

BMT baş katibi gələsi olmadı

  • 21 Aprel 2016
  • comments

Lukaşenkodan bəyanat: “MDB-nin ləğvi ilə bağlı tək...

  • 21 Aprel 2016
  • comments

About author

Redaktor

Son materiallar

comments
Xəbər

Ermənistana haralardan çox gəlirlər?

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

ABŞ kəşfiyyatından müttəfiqlərə yasaq

GLOBALS:0
comments
Xəbər

Yerli seçkilərdə 14 partiya qaldı

GLOBALS:0
comments
Xəbər

CXP neçə bələdiyyə itirib?

GLOBALS:0

Tags

  • Hüquq
  • Media

Rəylər

Do not miss

comments
Xəbər

Ermənistana haralardan çox gəlirlər?

Son materiallar

comments
Xəbər

Ermənistana haralardan çox gəlirlər?

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

ABŞ kəşfiyyatından müttəfiqlərə yasaq

GLOBALS:0
comments
Xəbər

Yerli seçkilərdə 14 partiya qaldı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda