• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Sərnişin və yük daşıyan sürücülərə 8 saatdan çox işləmək qadağan olundu

  • 14 Aprel 2016
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Nazirlər Kabineti ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkə daxilində sərnişin və yük daşıyan sürücülərin iş və istirahət rejiminə, iş şəraitinin xüsusiyyətlərinə dair qaydaları təsdiq edib (Sənədin mətni).

Transparency.az xəbər verir ki, qaydalara görə, sürücülərin iş və istirahət vaxtı, o cümlədən növbəli iş rejimində iş və istirahət vaxtı iş (növbəlilik) cədvəlləri əsasında müəyyən edilir. Bütün sürücülər üçün iş (növbəlilik) cədvəllərini işəgötürən hər bir iş günü (iş növbəsi) əks olunmaqla və iş vaxtının gündəlik və ya cəmlənmiş uçotu aparılmaqla hər ay tərtib edir və onların tətbiqinə ən azı bir ay qalmış sürücülərin nəzərinə çatdırır. İş (növbəlilik) cədvəlləri gündəlik iş vaxtının başlanma və bitmə anını, müddətini, istirahət və qidalanma üçün fasilələrin vaxtını, gündəlik (növbələrarası) və həftəlik istirahət vaxtını müəyyən edir.

Gündəlik iş vaxtına uyğun olan həftəlik iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz. İki istirahət günü olan beşgünlük iş həftəsində gündəlik iş vaxtının (növbəsinin) müddəti 8 saatdan, bir istirahət günü olan altıgünlük iş həftəsində isə gündəlik iş vaxtının (növbəsinin) müddəti 7 saatdan çox olmamalıdır.

Növbəli iş rejimində iş vaxtı rejimi iş (növbəlilik) cədvəli ilə müəyyən edilir. Bu zaman növbənin müddəti 12 saatdan artıq ola bilməz. Sürücülər növbələr üzrə bərabərlik qaydasında bir-birini əvəzləyirlər. Ardıcıl olaraq iki növbə ərzində işləməyə yol verilmir.

İş günü ərzində sürücülərə istirahət və qidalanma üçün 20 dəqiqədən az və 2 saatdan çox olmamaqla fasilə verilir. Sürücülər həmin fasilədən istədikləri kimi istifadə edə bilərlər. Fasilə iş vaxtına daxil edilmir.

İş (növbəlilik) cədvəlində gündəlik iş vaxtının (növbənin) müddəti 8 saatdan artıq müəyyən edildikdə sürücüyə istirahət və qidalanma üçün ümumi müddəti 2 saatdan çox və 30 dəqiqədən az olmamaqla iki fasilə verilə bilər.

İstirahət və qidalanma üçün fasiləni işin başlanmasından 4 saat sonra vermək tövsiyə olunur.

Avtonəqliyyat vasitəsini fasiləsiz olaraq 2 saat idarə etdikdən sonra sürücüyə 10 dəqiqəlik xüsusi texniki fasilə (onun müddəti iş vaxtına daxil edilir) verilir. İstirahət və qidalanma vaxtı başlamadığı təqdirdə bu müddət avtomobilin 4 saat ərzində idarə olunmasından sonrakı fasiləyə əlavə oluna bilər.

Ekspertin hökumətə sualları, iradları və təkliflər...

  • 13 Aprel 2016
  • comments

İstanbulda görüşlər

  • 14 Aprel 2016
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda