• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Cəbhədəki vəziyyətlə bağlı Rusiyadan açıqlamalar

  • 02 Aprel 2016
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Aprelin 2-dən cəbhə xəttində vəziyyət gərginləşib. Novator.az xəbər verir ki, məsələ ilə əlaqədar Rusiyadan da bir sıra açıqlamalar gəlməkdədir.

Öncə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova jurnalistlərə dedi ki, Moskva Qarabağ münaqişəsi zonasında vəziyyətin kəskinləşməsi haqqında informasiyanı öyrənir: “Biz daxil olan informasiyanı diqqətlə öyrənirik”.

Daha sonra Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov danışdı. AZƏRTAC-ın Moskva müxbirinin verdiyi məlumata görə, Dmitri Peskov jurnalistlərə bildirib ki, Rusiya prezidenti Vladimir Putin Dağlıq Qarabağda döyüş əməliyyatlarının yenidən başlanması barədə xəbərlərə görə çox narahatdır. Kremlin təmsilçisi vurğulayıb: “Prezident Putin münaqişə tərəflərini atəşi dərhal dayandırmağa və yeni insan tələfatına yol verməmək üçün təmkin nümayiş etdirməyə çağırır”.

Peskovun sözlərinə görə, Rusiya lideri vəziyyətin yenidən silahlı qarşıdurma həddinə çatmasına görə təəssüflənir. Rusiya prezidentinin mətbuat katibi qeyd edib ki, son zamanlar həm üçtərəfli (Rusiya, Ermənistan, Azərbaycan), həm də beynəlxalq (ATƏT-in Minsk qrupu) səylər xətti ilə “son nəticədə münaqişənin tənzimlənməsinə gətirib çıxara biləcək bir sıra ciddi addımlar atılıb”.

Sonra Rusiyanın müdafiə naziri Sergey Şoyqunun Ermənistanın müdafiə naziri Seyran Ohanyan və Azərbaycanın müdafiə naziri Zakir Həsənovla təcili telefon danışığı apardığı haqda məlumat yayıldı. APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, danışıqlar zamanı Qarabağ bölgəsində vəziyyətin gərginləşməsi müzakirə olunub. Rusiya Müdafiə Nazirliyinin bu haqda açıqlamasında deyilir: “Danışıqlar zamanı münaqişə zonasında vəziyyətin stabilləşdirilməsi istiqamətində atılacaq təxirəsalınmaz addımlar müzakirə edilib”. Açıqlamada o da bildirilir ki, bu region daim Rusiya Müdafiə Nazirliyinin diqqət mərkəzindədir.

Həmin gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov da azərbaycanlı və ermənistanlı həmkarları ilə telefon danışığı aparıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Sergey Lavrov Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla telefon danışıqları zamanı nazirləri Dağlıq Qarabağ münaqişəsi zonasında zorakılığa son qoyulması üçün vəziyyətə təsir etməyə çağırıb.

Xarici İşlər Nazirliyindən cəbhədəki vəziyyətlə ba...

  • 02 Aprel 2016
  • comments

Cəbhədə vəziyyətlə bağlı son məlumat

  • 02 Aprel 2016
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiXəbər

Gürcüstanın orta maaş statistikası

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

“Avroviziya”: haçalanma və müəmma böyüyür

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Baş nazir sabiqlərin ipini kəsir

GLOBALS:0
comments
AktualManşetXəbər

“Dorian Qreyin portreti” faciəsi – Heydər Əliyev sarayında

GLOBALS:0

Tags

  • Ordu

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Gürcüstanın orta maaş statistikası

Son materiallar

comments
Dünyanın səsiXəbər

Gürcüstanın orta maaş statistikası

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

“Avroviziya”: haçalanma və müəmma böyüyür

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Baş nazir sabiqlərin ipini kəsir

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda