Dollar 1 manat 62 qəpiyi, avro 1 manat 78 qəpiyi ötüb
Martın 9-da Azərbaycan manatının xarici valyutalara məzənnəsi dəyişib. Transparency.az xəbər verir ki, ABŞ dollarının rəsmi kursu 1,6105 manatdan 1,6228 manata yüksəlib. Avronun satış kursu da artıb. Martın 7-də Mərkəzi Bankın 1,7699 manata təklif etdiyi avro bu gün 1,7807 manata satılır. Rusiya rub...
Torpaqların uçotu: yeni qaydalar təsdiq edilib
Dövlət başçısı İlham Əliyev Azərbaycanda torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlərə fərman verib. Martın 7-də imzalanmış fərmanla “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması qa...
Azərbaycan-Qətər sənədləri imzalanıb
Prezident İlham Əliyev martın 8-i Bakıda Qətər Dövlətinin əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşlər keçirib. Geniş tərkibli görüşdə çıxış edən İlham Əliyev deyib ki, iki ölkənin mükəmməl siyasi münasibətləri var: “Beynəlxalq təşkilatlarda, xüsusilə həmişə bir-birimizi dəstəklədiyimiz BMT-də, İ...
Fuad Qəhrəmanlının işi: şikayətlər təmin olunmadı
Martın 7-də Bakı Apellyasiya Məhkəməsində Xalq Cəbhəsi Partiyasının həbsdə olan sədr müavini Fuad Qəhrəmanlının iki şikayətinə baxılıb. Məhkəmə şikayətlərin heç birini təmin etməyib. Martın 2-də Nəsimi Rayon Məhkəməsi Fuad Qəhrəmanlının istintaq dövründə girov müqabilində həbsdən buraxılması barədə ...
Valyuta ehtiyatlarının ərimə dinamikası
Səkkiz il öncə, 2008-ci il martın 1-nə Mərkəzi Bankın valyuta ehtiyatları 4 milyard 13,6 milyon dollar olub. Hazırda Mərkəzi Bankın hesabındakı ehtiyat həmin məbləğdən 13 milyon dollar çoxdur. Mərkəzi Bankın rəsmi hesabatına görə, martın 1-nə valyuta ehtiyatları 4 milyard 26,3 milyon dollardır. Tran...
Xədicə İsmayılla görüşə icazə verilməyib
Martın 7-də Sivil Toplum Platformasının bir qrup üzvü jurnalist Xədicə İsmayılın cəza çəkdiyi 4 saylı Cəzaçəkmə Müəssisəsinə gediblər. Lakin görüşə icazə verilməyib və nəticədə 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə hədiyyəni Xədicə İsmayıla çatdırmaq mümkün olmayıb. Həbsxana işçiləri bunu mar...
Azərbaycan qadınları: statistika
Dövlət Statistika Komitəsi martın 8-də qeyd olunan Beynəlxalq Qadınlar Günü ərəfəsində hesabat yayıb. Məlumata görə, 2016-cı ilin əvvəlinə ölkə əhalisinin ümumi sayının 50,2 faizini və ya 4 milyon 870 min nəfərini qadınlar təşkil edib. Ötən il doğulmuş 166,2 min körpənin 46,8 faizi qız uşaqlarıdır. ...
Taleh Bağırovun həbs müddəti uzadılıb
Martın 7-də Nəsimi Rayon Məhkəməsində baş prokurorun birinci müavini Rüstəm Usubovun “Müsəlman birliyi” hərəkatının sədri, həbsdə olan ilahiyyatçı Taleh Bağırov ilə bağlı təqdimatına baxılıb. Təqdimat əsasında ilahiyyatçı barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 3 ay – iyunun 26-dək...
Xınalığa 33 santimetr qalınlığında qar yağıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti martın 6-sı gündüzdən 7-si səhərədək ölkə ərazisində müşahidə olunmuş faktiki hava şəraiti ilə bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, həmin müddətdə ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, yağış yağıb...
Yeni büdcədə media: MTRŞ-də azalma, AZƏRTAC-da artım var
2016-cı ilin dövlət büdcəsinə dəyişikliklər qüvvəyə minib (Detallar). Transparency.az xəbər verir ki, büdcənin əvvəlki variantında Milli Televiziya və Radio Şurası üçün 803 min 862 manat vəsait nəzərdə tutulmuşdu. Yenilənmiş büdcədə vəsait 793 min 837 manatdır, 10 min 25 manat azalma var. Radio, tel...
Ali dövlət qurumları və güc strukturları: kimin büdcəsi dəyişib?
2016-cı ilin dövlət büdcəsinə dəyişikliklər qanunu imzalanıb, onun qüvvəyə minməsi ilə əlaqədarfərman verilib. Transparency.az büdcədəki yenilənmənin ali dövlət qurumları və güc strukturlarına ayrılan vəsaitə necə təsir etdiyinə nəzər salıb: Milli Məclis – 22 milyon 694 min 934 manat (əvvəlki büdcəd...
Dövlət Təhlükəsizliyi Xidmətində yeni təyinatlar
Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) yeni təyinatlar olub. APA xəbər verir ki, prezident İlham Əliyevin imzaladığı sərəncamla İsmayıl Bağırov DTX-nin rəis müavini təyin edilib. İ.Bağırov ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyində (MTN) yüksək vəzifələrdə çalışıb. Sonradan MTN-dən uzaqlaşdırılıb...
Ekspert: “Büdcədən heç də böhran büdcəsi iyi gəlmir”
Bu ilin büdcəsində beynəlxalq tədbirlərin təşkilinə cəmi büdcə xərclərinin 2,3 faizi qədər pul ayrılır. Transparency.az-ın məlumatına görə, iqtisadçı ekspert Qubad İbadoğlu belə yazır. Prezident İlham Əliyev martın 2-də 2016-cı ilin dövlət büdcəsinə dəyişikliklər qanununu imzalayıb. Qanunun qüvvəyə ...
Neft bahalaşır, artım layihələri isə dayandırılıb
Dünya birjalarında neftin 7 mart qiymətləri açıqlanıb. Nyu-Yorkun NYMEX birjasında “Layt” markalı neftin bir barreli 36,57 dollara, Londonun İCE birjasında “Brent” markalı neftin bir barreli 39,42 dollara satılır. Bu arada SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib ki, Azərbaycan Neft İxrac edən Öl...
Manat yenə ucuzlaşıb
Martın 7-də Azərbaycan manatı xarici valyutalar qarşısında yenə də ucuzlaşıb. Transparency.az-ın məlumatına görə, ABŞ dollarının rəsmi kursu 1,6019 manatdan 1,6105 manata qalxıb. Avronun satış kursunda da artım var. Ötən həftənin son iş günü Mərkəzi Bankın 1,7536 manata satılan avro martın 7-də 1,76...
Bakıda Azərbaycan-Macarıstan sammiti
Martın 6-da prezident İlham Əliyev Bakıda Macarıstanın baş naziri Viktor Orbanla görüşlər keçirib. Təkbətək görüşdə ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafı üçün yaxşı potensialın olduğu vurğulanıb, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Nümayəndə heyətl...
Ölkəmizdə bir quyu var, əmoğlu…
Yalçın İmanov Əmim oğlu Qarabağ müharibəsi iştirakçısıdır: Fariz İmanov. Doğmam olduğuna görə demirəm, Ağdam-Ağdərə cəbhəsi istiqamətində gedən döyüşlərdə ayaq qoymadığı yer qalmayıb. 1992-ci ilin avqustunda Ağdərə rayonunun Qazançı kəndində gedən döyüşdə minaya düşüb, sol ayağından yaralanıb. Həmin...
Parlament qanunlar paketi qəbul edib
Martın 4-də Milli Məclisin plenar iclası keçirilib. İclasda Maliyyə Bazarlarına Nəzarət Palatası ilə bağlı paket qəbul olunub. Paketə “Normativ hüquqi aktlar haqqında” konstitusiya qanununa (1), Mülki (2), Vergi (3), İnzibati Xətalar (4) məcəllələrində, “Publik hüquqi şəxslər haqqında” qanunda (5), ...
Bank əmanətlərinin və valyuta ehtiyatlarının həcmi açıqlanıb
Fevralın 1-nə əhalinin bank əmanətləri 8 milyard 643,3 milyon manat olub. Məlumatı Mərkəzi Bank açıqlayıb. AZƏRTAC xəbər verir ki, ötən ilin sonuna əmanətlər 9 milyard 473,9 milyon manat idi, yanvarda əhalinin bank əmanətləri 830,6 milyon manat azalıb. Mərkəzi Bankın başqa bir məlumatına görə, rəsmi...
Yardımlının icra başçısı Salyana gətirildi
Martın 4-də prezident İlham Əliyev Tahir Kərimovun Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqda sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamları ilə Sevindik Hətəmov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Salyan Rayon İcra Hakimiyyə...