• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Prezidentin Nazirlər Kabineti

  • 30 Mart 2016
  • comments
  • Redaktor
  • Posted in Şərh

Azərbaycanın Nazirlər Kabinetini çox zaman hökumət kimi təqdim edilir. Əslində isə Nazirlər Kabinetinin statusu başqadır. Transparency.az bildirir ki, Azərbaycan Konstitusiyasının 114-cü maddəsində Nazirlər Kabinetinin statusu ölkə prezidentinin yuxarı icra orqanı kimi müəyyən olunub. Həmin maddəyə görə, ölkə prezidenti icra səlahiyyətlərinin həyata keçirilməsinin təşkili məqsədi ilə Nazirlər Kabineti yaradır. Nazirlər Kabineti yuxarı icra orqanı kimi prezidentə tabedir və onun qarşısında cavabdehdir. Nazirlər Kabinetinin iş qaydasını da dövlət başçısı müəyyən edir.

Konstitusiyanın digər maddələrinə əsasən, Nazirlər Kabinetinin tərkibinə baş nazir, onun müavinləri, nazirlər və başqa mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri daxildirlər. Yeni seçilmiş prezident vəzifəsini tutduğu və səlahiyyətlərini icra etməyə başladığı gün Nazirlər Kabineti istefa verir.

Baş naziri Milli Məclisin razılığı ilə prezident təyin edir. Prezidentin təqdim etdiyi namizədlərin baş nazir vəzifəsinə təyin olunmasına üç dəfə razılıq verilməzsə, baş nazir Milli Məclisin razılığı olmadan təyin edilə bilər.

Nazirlər Kabinetinin səlahiyyətləri bunlardır:

– dövlət büdcəsinin layihəsini hazırlayıb prezidentə təqdim etmək;

– dövlət büdcəsinin icrasını təmin etmək;

– maliyyə-kredit və pul siyasətinin həyata keçirilməsini təmin etmək;

– dövlət iqtisadi proqramlarının həyata keçirilməsini təmin etmək;

– dövlət sosial təminat proqramlarının həyata keçirilməsini təmin etmək;

– nazirliklərə və digər mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlik etmək, onların aktlarını ləğv etmək;

– prezidentin onun səlahiyyətlərinə aid etdiyi digər məsələləri həll etmək.

Konstitusiyanın 99-cu maddəsinə görə, Azərbaycan Respublikasında icra hakimiyyəti prezidentə mənsubdur. Nazirlər Kabinetinin üzvlərini vəzifəyə təyin və vəzifədən azad etmək onun səlahiyyətindədir.

Respublikaçı Alternativ Hərəkatının ictimai-siyasi məsələlər üzrə katibi Azər Qasımlı Transparency.az-a deyib ki, hökumətin statusu dövlətin idarə üsulundan – prezident, yaxud parlament respublikası olmasından asılıdır: “Nazirlər Kabineti, təbii ki, hökumətdir. Amma prezident respublikasında hökumətin səlahiyyətləri daha çox olanda prezidentlə baş nazir arasında problemlər yaşanır.

Azərbaycana indiki mərhələdə sadə, klassik prezident respublikası modeli uyğundur. Siyasi mədəniyyətin yüksək inkişafından sonra tədricən parlament respublikası idarə üsuluna keçmək olar. Hələlik icraedici prezident və qanunverici parlament arasında sərt və aydın hakimiyyət bölgüsü daha məqsədəuyğundur. Prezidentin veto haqqı, parlamentin real impiçment imkanı olmalıdır. Nazirlər Kabineti adında orqana isə gərək yoxdur, dövlət başçısı hökumətə Prezident Administrasiyası vasitəsilə rəhbərlik etməlidir”.

Dövlət komitəsinin sabiq aparat rəhbərinə cinayət ...

  • 30 Mart 2016
  • comments

Belçikanın 386 vətəndaşı İŞİD sırasında vuruşub

  • 30 Mart 2016
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Rusiya yarımcan əsgərini ölümə göndərir – “Forbes”

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət
  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda