2016-cı ilin yanvar-fevral aylarında ölkəyə 1 milyard 834,9 milyon manat məbləğində sərmayə qoyulub. Transparency.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin rəsmi hesabatına görə, vəsaitin 1 milyard 591,6 milyon manatı və ya 86,7 faizi məhsul istehsalı obyektlərinin, 142 milyon manatı (7,8 faizi) xidmət sahələri üzrə obyektlərin, 101,3 milyon manatı (5,5 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Sərmayənin 593,8 milyon manatını və ya 32,4 faizini daxili vəsaitlər təşkil edib.
2016-cı ilin yanvar-fevral aylarında xarici müəssisə və təşkilatlar ölkəyə 1 milyard 241,1 milyon manat vəsait yönəldib. Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına yönəldilmiş vəsaitin 1 milyard 45,8 milyon manatı (84,3 faizi) Birləşmiş Krallıq, Türkiyə, Malayziya, İsveçrə, Rusiya və İran sərmayədarlarına məxsus olub.