Respublikaçı Alternativ (REAL) Hərəkatının bazasında yaradılan eyniadlı partiyanın təşkilat komitəsinin iclası keçirilib. İclasda təşkilat komitəsinin sədri İlqar Məmmədovun təyinatları müzakirəyə çıxarılaraq təsdiq edilib. Azər Qasımlı ictimai-siyasi məsələlər, Natiq Cəfərli təşkilati məsələlər, Erkin Qədirli konseptual məsələlər, Xalid Bağırov isə hüquqi məsələlər üzrə katib təyin edilib.
2008-ci ildə təsis edilmiş REAL-a İlqar Məmmədov rəhbərlik edir.
İlqar Məmmədov 2013-cu il fevralın 4-dən həbsdədir. O, həmin il İsmayıllı şəhərində baş verən iğtişaşlara görə tutulub və Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilib.
REAL-ın partiya quruculuğu üzrə təşkilat komitəsi 2016-cı ilin martında yaradılıb.