ABŞ dolları martın 28-də Azərbaycan manatına nəzərən dəyər itirib. Transparency.az xəbər verir ki, dolların rəsmi məzənnəsi 1,5876 manata düşüb. Novruz tətilindən öncə, martın 18-də 1 dollar 1,5971 manata satılıb.
Avro və Rusiya rublu da ucuzlaşıb. Avronun rəsmi kursu 1,8066 manatdan 1,7722 manata, rublun məzənnəsi 0,0235 manatdan 0,0233 manata düşüb.