• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

ABŞ Dövlət Departamenti əfv sərəncamını alqışladı

  • 18 Mart 2016
  • comments
  • Redaktor
  • Posted in Xəbər

ABŞ Dövlət Departamenti prezident İlham Əliyevin imzaladığı əfv sərəncamına münasibət bildirib. 17 mart sərəncamı ilə azadlıqdan məhrum olunmuş 137 nəfər cəzasının çəkilməmiş hissəsindən, 6 nəfər islah işləri cəzasının çəkilməmiş hissəsindən, 5 nəfər isə cərimə cəzasından azad olunub.

“Azadlıq” radiosunun məlumatına görə, ABŞ-ın Azərbaycandakı səfirliyi Dövlət Departamentinin sözçüsü Con Kirbinin əfv barədə açıqlamasını yayıb. Açıqlamada deyilir: “Amerika Birləşmiş Ştatları Azərbaycan hökumətinin insan haqları sahəsindəki işlərinə və ya öz fundamental azadlıqlarını həyata keçirdiyinə görə həbs edilmiş 10-dan çox şəxsin azadlığa buraxılması kimi müsbət addımını alqışlayır. Azad edilmişlər arasında tanınmış hüquq müdafiəçisi Rəsul Cəfərov, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədli, talış etnik azlığının nəşrinin baş redaktoru Hilal Məmmədov və Müsavat Partiyasının sədr müavini Tofiq Yaqublu var. Jurnalist və sülh fəalı Rauf Mirqədirov da şərti azadlığa buraxılıb.

Birləşmiş Ştatlar Azərbaycan hökuməti ilə əlavə müsbət addımlar üzərində işləməyə hazırdır. Biz həmçinin hökuməti eyni azadlıqları həyata keçirdiyinə görə həbs olunmuş sayılan digər məhbusları da azad etməyə və azadlığa çıxmışların hərəkət etmə azadlıqlarına qoyulmuş məhdudiyyətləri aradan götürməyə çağırırıq”.

Əfv sərəncamına siyasi məhbus sayılan şəxslərdən 15 nəfər düşüb. Gənc fəallar Rəşadət Axundov, Məmməd Əzizov, Rəşad Həsənov, Ömər Məmmədov, hüquq müdafiəçiləri Rəsul Cəfərov, Taleh Xasməmmədov, Anar Məmmədli,  jurnalistlər Pərviz Həşimli, Hilal Məmmədov, siyasətçilər Nemət Pənahlı, Yadigar Sadıqov, Tofiq Yaqublu, sabiq məmurlar Nicat Quliyev, Akif Muradverdiyev, Müsavat Partiyası başqanının müavini, hazırda həbsdə olan Fərəc Kərimovun qardaşı Sirac Kərimli azadlığa çıxıb. Daha bir nəfər – jurnalist Rauf Mirqədirov həmin gün məhkəmə qərarı ilə sərbəst buraxılıb.

Azərbaycanın bəzi hüquq müdafiəçilərinin hazırladığı siyasi məhbus siyahısında martın 17-dək 93 nəfərin adı vardı.

İmtahandan keçmiş müəllimlərin maaşı artırıldı

  • 18 Mart 2016
  • comments

Ekoloji pozuntular: hüquq mühafizə orqanlarına 23,...

  • 18 Mart 2016
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiManşetXəbər

Əhalinin təbii artımı (Beynəlxalq statistika)

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Britaniyanın Fələstin şərti

GLOBALS:0
comments
Xəbər

Azərbaycanda cins nisbəti (1991-2025)

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Ukrayna: savaşa 60 yaş+ qaydası gəlir

GLOBALS:0

Tags

  • Hüquq
  • Media
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetXəbər

Əhalinin təbii artımı (Beynəlxalq statistika)

Son materiallar

comments
Dünyanın səsiManşetXəbər

Əhalinin təbii artımı (Beynəlxalq statistika)

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Britaniyanın Fələstin şərti

GLOBALS:0
comments
Xəbər

Azərbaycanda cins nisbəti (1991-2025)

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda