• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Yol xəritəsi təsdiqləndi, Natiq Əmirova yeni iş tapşırıldı

  • 17 Mart 2016
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Prezident İlham Əliyev “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”ni təsdiqləyib. Martın 16-da imzalanan sərəncamla sənədə əsaslanan inkişaf planlarını hazırlayacaq işçi qrupu yaradılıb. İşçi qrupunun rəhbəri prezidentin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirovdur.

İlqar Fətizadə (maliyyə nazirinin birinci müavini), Sevinc Həsənova (iqtisadiyyat nazirinin müavini), Alim Quliyev (Mərkəzi Bank sədrinin birinci müavini), Vilayət Vəliyev (İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru), Ədalət Muradov (Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru) və Emin Hüseynovun (ADA Universitetinin prorektoru) daxil olduğu qrupa altı ay müddətində 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyasının və tədbirlər planının; 2025-ci ilədək dövr üçün uzunmüddətli baxışın; 2025-ci ildən sonrakı dövrə hədəf baxışın layihələrini hazırlayıb prezidentə təqdim həvalə olunub.

İşçi qrupu layihələrin hazırlanmasına yerli və xarici ekspertləri, mütəxəssisləri, məsləhətçi şirkətləri və elmi təşkilatları cəlb edə bilər. Layihələrin hazırlanması ilə əlaqədar dəvət edilən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında yerləşən struktur bölmələrindən viza almaq imkanı yaradılacaq. İşçi qrupunun dəvət məktubu viza verilməsi üçün əsas sayılacaq.

Nazirlər Kabinetinə, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və aidiyyəti dövlət qurumlarının rəhbərlərinə işçi qrupunun müraciəti əsasında lazımi məlumatların və sənədlərin təqdim olunmasını, habelə işçi qrupunun fəaliyyətində nümayəndələrinin iştirakını təmin etmək tapşırılıb.

Transparency.az xatırladır ki, işçi qrupunun rəhbəri Natiq Əmirov bu il yanvarın 25-də prezidentin iqtisadi islahatlar üzrə köməkçisi təyin edilib. 1967-ci ildə Şabran rayonunda anadan olan Natiq Əmirov 1990-cı ildə Sankt-Peterburq Maliyyə-İqtisad İnstitutunu (iqtisadçı), 1998-ci ildə Təfəkkür Universitetini (hüquqşünas) bitirib. Uzun illər vergi orqanlarında çalışan Natiq Əmirov 2005-ci ildən vergilər nazirinin müavini, 2009-cu ildən birinci müavini postlarını tutub.

Avro və rubl bahalaşıb, dollar dəyər itirib

  • 17 Mart 2016
  • comments

Rauf Mirqədirov azadlığa buraxıldı VİDEO

  • 17 Mart 2016
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiXəbər

Litva yeni hökumətə yol alır

GLOBALS:0
comments
Xəbər

Xarici borcun detalları

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Putin elə həmişə Putin olub – “Şpigel”

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Türkiyənin turizm gəlirləri 7,6 faiz artıb

GLOBALS:0

Tags

  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Litva yeni hökumətə yol alır

Son materiallar

comments
Dünyanın səsiXəbər

Litva yeni hökumətə yol alır

GLOBALS:0
comments
Xəbər

Xarici borcun detalları

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Putin elə həmişə Putin olub – “Şpigel”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda