Kiyev Beynəlxalq Sosiologiya İnstitutu Ukrayna siyasətçilərinin reytinqini açıqlayıb. Reytinq fevralın 23-dən martın 8-dək Ukraynanın 110 yaşayış məntəqəsində 2039 nəfər arasında keçirilmiş rəy sorğusuna əsaslanır. Novator.az xəbər verir ki, sorğunun nəticələrinə görə, mart ayında prezident seçkisi keçirilsə, indiki dövlət başçısı Pyotr Poroşenko 9,3% səs toplayar.
Batkivşina lideri Yuliya Timoşenkoya respondentlərin 10,9%-i dəstək ifadə edib.
Digər siyasətçilərin xəyali prezident seçkisində səsləri belə bölünüb:
Radikal Partiyanın lideri Oleq Lyaşko – 6,3%
Samopomoş Partiyasının lideri Andrey Sadovıy – 5,4%
Vətəndaş Mövqeyi Partiyasının lideri Anatoli Qlitsenko – 5%
Müxalif Blokun lideri Yuri Boyko – 4,9%
Azadlıq Partiyasının lideri Oleq Tyaqnibok – 2,1%
Milli Hərəkatın lideri Dmitri Yaroş – 2%.
Ukraynada sonuncu prezident seçkisi 2014-cü il mayın 25-də keçirilib. Pyotr Poroşenko həmin seçkidə 54,70% səslə qalib gəlib. Yuliya Timoşenko 12,81%-lə ikinci, Oleq Lyaşko 8,32%-lə üçüncü olub.