• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

AŞPA Azərbaycanda insan hüquqları üzrə yeni məruzəçi təyin edib

  • 09 Mart 2016
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) hüquq məsələləri və insan hüquqları komitəsinin martın 7-də Parisdə keçirilən iclasında Azərbaycanda insan hüquqları üzrə yeni məruzəçi təyin edilib.

AŞPA-nın Azərbaycanda insan hüquqları üzrə əvvəlki məruzəçisi Pedro Aqramunt idi. Yeni məruzəçi belçikalı deputat Alen Desteksedir.

“Amerikanın səsi” xəbər verir ki, Destekse insan hüquqları sahəsində ekspert kimi məşhurdur. O, Ruanda soyqırımı haqqında kitabın müəllifidir. Destekse Ruandada beynəlxalq qeyri-kommersiya təşkilatının missiyasında işləyib.

AŞPA-nın insan hüquqları üzrə məruzəçi institutu 2014-cü ilin iyununda vətəndaş cəmiyyəti fəallarının Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi vəzifəsini bərpa etmək çağırışlarından sonra təsis edilib.

23 iyun 2014-cü ildə AŞPA bürosu “Azərbaycanın Avropa Şurasında sədrliyi: insan hüquqlarına hörmət nöqteyi-nəzərdən hansı addımlar atılır?” adlı qətnamə layihəsini təqdir edib. Bu qərar əsasında “Azərbaycanda siyasi məhbuslar haqqında qətnamə üzrə təklif” sənədi qəbul edilib.

Bu zaman ölkədə siyasi məhbuslar məsələsi baxılması üçün AŞPA-nın insan hüquqları komitəsinə təqdim edilib.

2014-cü il iyunun 25-də AŞPA-nın hüquq məsələləri və insan hüquqları komitəsində Azərbaycanda siyasi məhbuslar məsələsi müzakirə olunub. Azərbaycan nümayəndə heyətinin etirazı ilə əlaqədar siyasi məhbuslar problemi vurğulanmadan, ümumilikdə insan hüquqları üzrə məruzəçi təyin etmək qərara alınıb.

Azərbaycanda insan hüquqlarının pozulmasının tənqidçisi, irlandiyalı deputat Maykl Maknamara məruzəçi vəzifəsinə niderlandlı Pieter Omtsiqti təklif edib. Alternativ namizəd ispaniyalı deputat Pedro Aqramunt olub və o, səs çoxluğu ilə seçilib.

Bundan bir neçə həftə sonra Azərbaycanda QHT-lərə qarşı təzyiqlər başlayıb, onlarla təşkilat istintaqa cəlb edilib, aparıcı hüquq müdafiəçiləri həbs edilib.

Pirallahı körpüsünə qədər olan yol yenidən qurulac...

  • 09 Mart 2016
  • comments

Pensiya məbləği: bizdə və xaricdə

  • 09 Mart 2016
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda