• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Xədicə İsmayılla görüşə icazə verilməyib

  • 07 Mart 2016
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Martın 7-də Sivil Toplum Platformasının bir qrup üzvü jurnalist Xədicə İsmayılın cəza çəkdiyi 4 saylı Cəzaçəkmə Müəssisəsinə gediblər.

Lakin görüşə icazə verilməyib və nəticədə 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə hədiyyəni Xədicə İsmayıla çatdırmaq mümkün olmayıb.

Həbsxana işçiləri bunu martın 7-nin qəbul günü olmaması ilə əsaslandırıblar.

Sivil Toplum Platformasının üzvləri etiraz bildirsələr və həbsxana məmurları ilə saat yarımadək danışıqlar aparsalar da, proses nəticəsiz qalıb.

Xədicə İsmayıl 2014-cü il dekabrın 5-dən həbsdədir. Bakı Ağır Cinayətlər Məhkəməsi 2015-ci il sentyabrın 1-də ona 7 il 6 ay azadlıqdan məhrumetmə cəzası kəsib. Bundan başqa o, 3 il müddətinə vəzifə tutmaq hüququndan məhrum edilib. Məhkəmə Xədicə İsmayılı qanunsuz sahibkarlıq, vergidən yayınma, vəzifədən sui-istifadədə təqsirli bilib. Jurnalistin özü və müdafiəçiləri ittihamları qəbul etmir və həbsin siyasi sifarişə söykəndiyini, X.İsmayılın apardığı jurnalist araşdırmaları ilə bağlı olduğunu bildirir.

1976-cı ildə Bakıda anadan olan Xədicə İsmayıl 1997-ci ildə Bakı Dövlət Universitetini bitirib. Jurnalist fəaliyyətinə “Günaydın” qəzetində başlayıb, bir sıra KİV-lərdə, o cümlədən “Zerkalo”, “Exo” qəzetlərində, “Amerikanın səsi” radiosunda çalışıb. 2008-ci ildən “Azadlıq” radiosunda işləyir. 2008-2010-ci illərdə radionun Bakı bürosuna rəhbərlik edib.

Sivil Toplum Platformasını 2016-cı il fevralın 10-da bir qrup vətəndaş cəmiyyəti nümayəndəsi, vəkil və jurnalistlər yaradıb. Platforma problemləri diskussiya masasına çıxarmaq, ətraflı müzakirələr keçirmək və konkret nəticələr əldə etmək məqsədilə təsis olunub.

Azərbaycan qadınları: statistika

  • 07 Mart 2016
  • comments

Valyuta ehtiyatlarının ərimə dinamikası

  • 07 Mart 2016
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Hüquq
  • Media

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda