• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Fuad Qəhrəmanlının işi: şikayətlər təmin olunmadı

  • 07 Mart 2016
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Martın 7-də Bakı Apellyasiya Məhkəməsində Xalq Cəbhəsi Partiyasının həbsdə olan sədr müavini Fuad Qəhrəmanlının iki şikayətinə baxılıb. Məhkəmə şikayətlərin heç birini təmin etməyib.

Martın 2-də Nəsimi Rayon Məhkəməsi Fuad Qəhrəmanlının istintaq dövründə girov müqabilində həbsdən buraxılması barədə vəsatəti təmin etməmiş, eyni zamanda Baş Prokurorluğun təqdimatı əsasında onunla bağlı həbs qətimkan tədbirini uzatmışdı.

Apellyasiya şikayətləri Nəsimi məhkəməsinin bu qərarlarından verilmişdi.

Fuad Qəhrəmanlının vəkili Fəxrəddin Mehdiyev “Azadlıq” radisouna hər iki iş üzrə müdafiə vasitələrindən istifadənin davam etdiriləcəyini deyib.

Fuad Qəhrəmanlı 2015-ci il dekabrın 8-də tutulub. O, Cinayət Məcəlləsinin 281.1 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.2.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması zor tətbiq etmə hədəsi ilə törədildikdə) maddələri ilə təqsirləndirilir. Nəsimi Rayon Məhkəməsi həmin vaxt onun barəsində üç aylıq həbs qətimkan tədbiri seçib. Fuad Qəhrəmanlı özü və müdafiəçiləri ittihamları qəbul etmir, bunu siyasi sifariş adlandırırlar.

Fuad Qəhrəmanlı 1975-ci ildə Şahbuz rayonunda doğulub. Dövlət İdarəçilik Akademiyasını politoloq ixtisası üzrə bitirib. 1990-cı ildən Azərbaycan Xalq Cəbhəsinin üzvüdür. 1994-1997-ci illərdə “Avrasiya”, “Azadlıq”, “Yeni Müsavat” qəzetlərində çalışıb. 1998-ci ildə “Müxalifətin mitinq taktikası” adlı çap olunmamış məqaləyə görə xüsusilə ağır dövləti cinayətdə ittiham olunaraq 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 1 il 2 aylıq həbsdən sonra azadlığa buraxılıb. 2000-ci ildə AXCP Analitik Mərkəzinin rəhbəri təyin edilib. Həmin il partiya Ali Məclisinin üzvü seçilib. 2003-cü ildən AXCP Ali Məclisi Rəyasət Heyətinin üzvü, 2009-cu ildən AXCP sədrinin müavinidir.

Fuad Qəhrəmanlı 2011-ci ildə müxalif İctimai Palatanın razılaşdırılmamış 2 aprel mitinqinə görə 2 il müddətinə şərti azadlıqdan məhrum edilib.

Valyuta ehtiyatlarının ərimə dinamikası

  • 07 Mart 2016
  • comments

Azərbaycan-Qətər sənədləri imzalanıb

  • 09 Mart 2016
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Hüquq

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda