• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Leyla və Arif Yunuslar şikayət veriblər

  • 04 Mart 2016
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Hüquq müdafiəçiləri Leyla və Arif Yunuslar martın 4-də yenidən məhkəmə qarşısına çıxıb. Bakı Apellyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə onların apellyasiya şikayəti üzrə ilkin baxış iclası keçirilib.

Bu məhkəmə işi Leyla və Arif Yunusların ölkədən çıxışlarına icazə verilməməsiylə bağlıdır. Hüquq müdafiəçilərinin üzərində şərti cəza olduğu əsas gətirilərək, onların ölkəni tərk etməsinə yasaq qoyulub. Yunuslar təcili müayinə və müalicəyə ehtiyacları olduğunu bildirərək, xaricə getmələrinə icazə verilməsi üçün Yasamal Rayon Məhkəməsinə müraciət etmişdilər. Lakin məhkəmə bu iddianı təmin etməyib. Apellyasiya şikayəti də həmin qətnamədən verilib.

Diplomatik korpusun nümayəndələrinin də iştirak etdiyi ilkin baxış iclasında hüquq müdafiəçilərinin anket məlumatları dəqiqləşdirilib. Vəkil Elçin Sadıqov işin məhkəmə baxışına verilməsinə etiraz etməyib.

“Azadlıq” radiosunun məlumatına görə, məhkəmə baxışı martın 11-nə təyin olunub.

Leyla və Arif Yunuslar 2014-cü ilin yayında tutulublar. Onlar maliyyə cinayətlərində və dövlətə xəyanətdə ittiham olunublar. Maliyyə cinayətləri ittihamı üzrə məhkəmə keçirilib, dövlətə xəyanət ittihamı üzrə cinayət işi isə ayrı icraata verilib. 2015-ci il avqustun 13-də Bakı Ağır Cinayətlər Məhkəməsi maliyyə cinayətlərində təqsirli sayaraq Leyla Yunusu 8 il 6 ay, Arif Yunusu isə 7 il müddətinə azadlıqdan məhrum edib. Noyabrın 12-də Arif Yunus səhhətinə görə həbsdən buraxılıb. Dekabrın 9-da isə Bakı Apellyasiya Məhkəməsi Leyla Yunusun da azadlığa buraxılmasına qərar verib. Məhkəmə həm Leyla Yunusa, həm də Arif Yunusa 5 il sınaq müddəti təyin olunmaqla şərti cəza kəsib.

Cəbrayılın və Laçının icra başçıları prezidentin e...

  • 04 Mart 2016
  • comments

Hərracda 100 milyon satıldı, çatmadı

  • 04 Mart 2016
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Hüquq

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda