• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Gəncədə içməli su və kanalizasiya şəbəkələrinin tikintisi: iş nə yerdədir?

  • 04 Mart 2016
  • comments
  • Redaktor
  • Posted in Xəbər

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti Gəncə şəhərində içməli su və kanalizasiya şəbəkələrinin tikintisi ilə əlaqədar açıqlama yayıb.

Novator.az-ın məlumatına görə, açıqlamada deyilir ki, “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı dövlət proqramı”na uyğun olaraq bölgələrdə içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin icrası davam etdirilir.

Gəncə şəhərində içməli su və kanalizasiya şəbəkələrinin tikintisi Azərbaycan hökuməti və Almaniya İnkişaf Bankının (KFW bankı) birgə maliyyələşdirdiyi “II Açıq kommunal infrastruktur proqramı” çərçivəsində aparılır. Bu layihə Gəncə şəhəri ilə yanaşı Göygöl rayonunun Murovdağ qəsəbəsi, Hacıməlik və Molla Cəlilli kəndlərini də əhatə edir və 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla 450 min nəfərin su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb.

Gəncə şəhərini içməli su ilə təmin etmək üçün Göygöl, Qızılqaya mənbələri və Şəmkirçay su anbarı seçilib. Layihənin birinci mərhələsi üzrə işlərə 2011-ci ilin sentyabr ayında başlanıb.

“Azərsu” ASC-nin mətbuat xidmətinin açıqlamasına görə, Göygöl su mənbəyində yeni drenaj sistemi yaradılıb, Gəncədə həcmi 4000 kubmetr olan su anbarı tikilib və mənbədən anbara qədər 24,5 kilometr uzunluğunda magistral kəmər çəkilib. 2014-cü ilin sentyabr ayında Göygöl-Gəncə magistral su xəttinin açılışı olub.

Layihənin ikinci mərhələsində Qızılqaya su mənbəyində bərpa-yenidənqurma işləri aparılıb. Bu mərhələ çərçivəsində 4 kilometr uzunluğunda magistral kəmər, ümumi tutumu 12000 kubmetr olan 3 ədəd anbar və 6,9 kilometr uzunluğunda anbarlararası xətt inşa edilib.

Gəncənin içməli su tələbatının böyük hissəsi Şəmkirçay su anbarının yaxınlığında tikilən və məhsuldarlığı sutkada 140 min kubmetr layihələndirilən sutəmizləyici qurğudan təmin ediləcək. Bu məqsədlə 27,5 kilometr uzunluğunda Şəmkirçay-Gəncə magistral kəmərinin inşası artıq başa çatdırılıb.

Gəncə şəhərinin içməli su və kanalizasiya şəbəkələrinin tikintisi mərhələlərlə həyata keçirilir. İndiyə qədər 855 kilometr paylayıcı su xəttinin 87 kilometrlik, 813 kilometr kanalizasiya şəbəkəsinin isə 74 kilometrlik hissəsi çəkilib. Şəhərdə 119 çoxmənzilli yaşayış binasının daxili şəbəkəsi yenidən qurulub, 7 minə yaxın smart sayğac quraşdırılıb.

Layihənin növbəti mərhələsində şəhərin su təchizatı və kanalizasiya şəbəkələrinin bir hissəsinin, eləcə də kanalizasiya kollektorunun tikintisi nəzərdə tutulur. Bu mərhələdə 15 kilometr magistral, 136 kilometr şəbəkə su xətləri çəkiləcək, tutumu 5000 kubmetr olan su anbarı inşa ediləcək. Eyni zamanda Gəncə şəhərinin kanalizasiya sistemlərinin bir hissəsi də yenidən qurulacaq. Bu mərhələ çərçivəsində 108 kilometr uzunluğunda kanalizasiya şəbəkəsi, 44 kilometr uzunluğunda kanalizasiya kollektoru tikiləcək.

Gəncədə yaranacaq tullantı suları gələcəkdə Samux rayonu ərazisində inşa ediləcək və məhsuldarlığı sutkada 120 min kubmetr olacaq təmizləyici qurğuda zərərsizləşdiriləcək.

Layihə üzrə tikinti-quraşdırma işlərinin 2018-ci ildə başa çatdırılması nəzərdə tutulur.

“Azərsu”nun mətbuat xidməti qeyd edir ki, Azərbaycan hökuməti və Almaniya İnkişaf Bankının birgə maliyyələşdirdiyi “II Açıq kommunal infrastruktur proqramı” çərçivəsində Şəki şəhərinin də içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması planlaşdırılır.

I


9 ayda nikaha girmək istəyən 107500 şəxs müayinədə...

  • 04 Mart 2016
  • comments

İcra başçıları: 20 ili ötən, 24 ili haqlayan var…

  • 04 Mart 2016
  • comments

About author

Redaktor

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0

Tags

  • Sosial

Rəylər

Do not miss

comments
Xəbər

İllər, qiymətlər

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda