2016-cı ilin yanvarında Gürcüstanda ötən ilin ilk ayı ilə müqayisədə 0,8% iqtisadi artım qeydə alınıb. Novator.az xəbər verir ki, Gürcüstanın Milli Statistika Xidməti martın 1-də belə hesabat yayıb.
Ötən ilin yanvarında ölkədə ümumi daxili məhsul (ÜDM) 0,5% artmışdı.
2015-ci ildə iqtisadi artım 2014-cü illə müqayisədə 2,8% təşkil edirdi.
Komitənin hesabatında iqtisadi artıma maneələrdən də bəhs olunur. Bu sırada əsasən xarici faktorlar göstərilir. Hesabata görə, bölgədəki ağır iqtisadi durum mal və xidmətlərin ixracından gələn gəlirlərə mənfi təsir edir.
2016-cı ilin yanvarında Gürcüstanın dövlət büdcəsinin gəlirləri 578,5 milyon lari (231,4 milyon dollar) təşkil edib. Bu, 2015-ci ilin dekabrı ilə müqayisədə 297 milyon lari (119 milyon dollar) azdır.
Bu ilin yanvarında dövlət büdcəsinin xərcləri 598,4 milyon lari (339,4 milyon dollar) olub. Ötən ilin dekabrında bu rəqəm 922,1 milyon lari (369 milyon dollar) idi.