Bəzi büdcə təşkilatlarında maaşlar artırıldı
Prezident İlham Əliyev dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin sosial müdafiəsini gücləndirməyə sərəncam verib. Sərəncama əsasən, aşağıda göstərilən təşkilatlarda çalışan rəhbər və digər işçilərin (Vahid Tarif Cədvəli əsasında əməkhaqqı alan işçilər istisna olmaqla) ...
Gürcüstan iqtisadiyyatında 0,8% artım qeydə alınıb
2016-cı ilin yanvarında Gürcüstanda ötən ilin ilk ayı ilə müqayisədə 0,8% iqtisadi artım qeydə alınıb. Novator.az xəbər verir ki, Gürcüstanın Milli Statistika Xidməti martın 1-də belə hesabat yayıb. Ötən ilin yanvarında ölkədə ümumi daxili məhsul (ÜDM) 0,5% artmışdı. 2015-ci ildə iqtisadi artım 2014...
Elmarı hifz elə
Nəyin xatirə olacağını heç vaxt bilmək mümkün deyil. Birdən bir adamla yaddaqalan gəzintiyə çıxırsan, ya dostlarınla gözəl bir məclisə toplaşırsan, üstündən illər ötür, baxıb görürsən o gəzintidən, o məclisdən yadında elə anlar qalıb ki, gəzintini, məclisi həmin anlara görə xatırlayacağını heç ağlın...
Qeyri-neft məhsulları ixrac edənlərə pul veriləcək
Prezident İlham Əliyev 2016-2020-ci illərdə Azərbaycanda istehsal olunan qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb. Martın 1-də verilən fərmana əsasən, 2016-2020-ci illərdə Azərbaycanda istehsal olunan və istehsal prosesində istifadə olunan yerli ...
Əmanətlərin tam sığortalanması rəsmiləşdi
Prezident İlham Əliyev parlamentin 19 yanvar iclasında qəbul edilmiş “Əmanətlərin tam sığortalanması haqqında” qanunu imzalayıb. Transparency.az bildirir ki, qanunun 3-cü maddəsinə görə, faizləri Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasında əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərə...
Şəmkirli Yervand Zaxaryan Ermənistanda nazir postunu itirdi
Azərbaycanda anadan olmuş Yervand Zaxaryan Ermənistanın energetika və təbii sərvətlər naziri postundan çıxarılıb. Transparency.az xəbər verir ki, prezident Serj Sərkisyanın fərmanı ilə energetika və təbii sərvətlər naziri postuna Levon Yolyan gətirilib. Levon Yolyan fevralın 29-dək Yoxlama Palatasın...
Rusiyada 200 min vəzifəli şəxs inzibati məsuliyyətə cəlb olunub
2015-ci ildə Rusiyada vətəndaşların hüquqlarını pozduğuna görə 200 minə yaxın vəzifəli şəxs inzibati məsuliyyətə cəlb olunub. Novator.az xəbər verir ki, Rusiya baş prokurorunun birinci müavini Aleksandr Buksman martın 1-də belə açıqlama verib. Buksman ötən il vətəndaşlar və sosial hüquqlarla bağlı 3...
96 ildə AZƏRTAC-ın adı 8 dəfə dəyişib
Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) yaranmasının 96 ili bağlı material yayıb. Azərbaycan Xalq Cümhuriyyətinin yaratdığı Azərbaycan Teleqraf Agentliyi 1920-ci il martın 1-də fəaliyyətə başlayıb. Lakin həmin il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyətinin süqutu səbəbindən AZƏRTAC Rusiy...
Dövlət Gömrük Komitəsinin işçilərinə 25 faizlik güzəşt fərmanı qüvvəyə mindi
Transparency.az bildirir ki, sənəd Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar tədbirləri nəzərdə tutan 25 fevral 2011-ci il fərmanına dəyişikliyi nəzərdə tutur. Yeniliyə əsasən...
Prezident: “Enerji əməkdaşlığını siyasi formatdan ayırmalıyıq”
Biz enerji əməkdaşlığını siyasi formatdan ayırmalıyıq. Yalnız bu halda uğur qazana bilərik”. Prezident İlham Əliyev fevralın 29-u Bakıda, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısında belə deyib. Dövlət başçısı qeyd edib ki, Bakıda bir il əvvəl keçirilmiş birinci top...
Dollar bahalaşıb, avro yox
Martın 1-də ABŞ dollarının rəsmi kursu 1,5687 manata yüksəlib. Transparency.az xəbər verir ki, avro 1,7071 manat olub. Mərkəzi Bank fevralın 29-da manatın dollara məzənnəsini 1,5655 manat, avronun satış kursunu isə 1,7118 manat müəyyən etmişdi. Manatın digər valyutalara məzənnəsi martın 1-də belə tə...
Dövlət Neft Fondunun vəsaiti 9,5 faiz azalıb
Martın 1-də Dövlət Neft Fondunun ictimaiyyətlə əlaqələr şöbəsi büdcə açıqlaması yayıb. Transparency.az-ın məlumatına görə, açıqlamada bildirilir ki, 2015-ci ildə ARDNF-nin büdcə gəlirləri 7 milyard 721,1 milyon manat, büdcə xərcləri isə 9 milyard 187,7 milyon manat olub. Hesabata əsasən, ötən il ARD...